Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Bizi izləyin

Nida.az

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısını çağırıb.

Publika.az "İnterfaks"agentliyinə istinadən xəbər verir ki, toplantıda terror aktlarının qarşısının alınmasından sonra Krımda təhlükəsizliyin təmin edilməsi və infrastruktur obyektlərinin mühafizəsi üçün əlavə ölçülərin tətbiqi müzakirə edilib.

Toplantıda həmçinin Rusiya prezidentinin Azərbaycan, İran, Türkiyə və Ermənistan liderləri ilə beynəlxalq görüşlərinin nəticəsinə görə əldə olunmuş razılaşmalar müzakirə edilib.

Müzakirələrdə baş nazir Dmitri Medvedev, Prezident Administrasiyasının başçısı Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov, Xarici Kəşfiyyatın Xidmətinin direktoru Mixail Fradkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda Ukrayna kəşfiyyatı tərəfindən hazırlanmış terror aktlarının qarşısının alındığını elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm