Nida.az
Özbəkistanda klanların savaşı başlandı – Kərimov öldümü?
Özbəkistan prezidenti İslam Kərimov hazırda xəstədir.
Hətta onun öldüyünə dair iddialar da irəli sürülür. Onu kimin
əvəzləyəcəyi məsələsi isə əsas müzakirə mövzusuna
çevrilib.
Publika.az xarici mediaya istinadən İslam
Kərimovu əvəzləyəcək mümkün şəxslər haqda kiçik araşdırma
aparıb.
Ekspertlərə görə, post Kərimov dövründə Özbəkistanı üç klan
idarə edə bilər.
"Səmərqənd klanı"
"Kokand klanı"
"Daşkəsən klanı"
"Səmərqənd klanı"nın şansları daha çox qiymətləndirilir.
Ekspertlərə görə, "Kokand klanı" və "Daşkəsən klanı"nın hakimiyyəti
ələ keçirmək istəyi olsa da, bu məsələni "Səmərqənd klanı" həll
edəcək.
Bu klanın əsas namizədi 2003-cü ildən bu günə qədər baş nazir olan 59 yaşlı Şövkət Mirziyoyevdir. Mirziyoyev prezident ailəsinə yaxın şəxsdir, şəxsi nüfuzu böyükdür.
Lakin Milli Təhlükəsizlik Xidmətinin qüdrətli rəhbəri 72 yaşlı
Rüstəm İnoyatov da real namizədlərdən hesab olunur.
Bununla yanaşı, İslam Kərimovun da ölənə qədər hakimiyyət
uğrunda mübarizə aparacağı ehtimal olunur.
Qeyd edək ki, post Kərimov dövrü üçün ən real namizəd onun böyük
qızı Gülnarə Kərimova ola bilərdi. Lakin 2013-cü ildə onun "qələmi"
qırıldı və hazırda xəstə yatağındakı Kərimov öz qızını ev
dustaqlığına salıb. Bu baxımdan, Kərimovu kiçik qızı Lola
Kərimovanın əvəzləyə biləcəyi haqda da ehtimallar
mövcuddur.
Ən maraqlısı isə Kərimovdan sonra Gülnarə Kərimovanın siyasət
meydanına çıxa biləcəyi ehtimallarıdır. Bu baş verərsə, yəqin ki,
o, ilk növbədə qisas almaqla məşğul olacaq. İlk hədəfi isə onu ev
dustaqlığına salan məmurlar və illərdir danışmadığı kiçik bacısı
Lola Kərimova ola bilər. Bütün ehtimallar Kərimovdan sonra
Özbəkistan hakimiyyətində ciddi çaxnaşmaların ola biləcəyini
göstərir.
Ən diqqət çəkən məqam hazırda Kərimovdan sonrakı Özbəkistanın
idarə olunması uğrunda üç əsas klan arasında mübarizənin
başlanmasıdır. Bu isə istər-istəməz "İslam Kərimov öldümü?" sualını
gündəmə gətirir. Rəsmi Daşkənd isə israrla Kərimovun yaşadığını
deyir. Ekspertlərə görə İslam Kərimovun vəziyyətinin necə olduğunu
sentyabrın 1-də anlamaq mümkün olacaq. Belə ki, həmin gün
Özbəkistanın müstəqillik günüdür və Kərimovun 25 il hakimiyyəti
dövründə bu mərasimə qatılmadığı vaxt olmayıb.
Asif
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı