Nida.az
Qarabağı qaytarın, yoxsa... – ermənilərin ikinci aprel qorxusu
Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı
aparılan danışıqlarda səngimələrin olması ermənilərin qorxularına
səbəb olub.
Publika.az xəbər verir ki, erməni politoloq
David Ovannisyan Qarabağın qaytarılmasında müharibə variantının
yenidən gündəmə gələ biləcəyini hesab edir.
"Bütün beynəlxalq oyunçuların diqqəti yenidən Suriyada cəmləşib
və bu Qarabağ ətrafındakı vəziyyəti ikinci plana salır. Belə olan
təqdirdə biz ikinci "dördgünlük müharibə" ilə qarşılaşa bilərik.
Hansı ki, sürətli hücum Ermənistan ordusunun və daxili siyasətinin
boşluqlarla dolu olduğunu göstərdi. Ermənistan daxilindəki vəziyyət
Azərbaycanın xeyrinədir. Digər tərəfdən, Qarabağla bağlı
danışıqların dayanması da Ermənistanın zərərinə işləyir", - deyə o
bildirib.
Erməni politoloq dolayısı ilə ərazilərin qaytarılması ilə bağlı
danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib. Əks
təqdirdə o, yeni müharibə ilə üz-üzə qalacaqlarını, bu dəfə
itkilərin daha böyük olacağını vurğulayıb.
Qeyd edək ki, apreldə "dördgünlük müharibə"dən sonra erməni
ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının
tərəfdarı kimi çıxış edir. Rəsmi İrəvan bunun əksini sübut etməyə
çalışsa da, Ermənistanda "Region" tədqiqatlar mərkəzinin direktoru
Laura Baqdasaryan bunun əksini ortaya çıxarıb.
Ötən həftə erməni mediasına açıqlama verən Laura Baqdasaryan
erməni cəmiyyətinin Qarabağla bağlı güzəştə hazır olduğunu deyib.
(http://publika.az/p/148349).
Onun sözlərinə görə, Qarabağ məsələsi erməni cəmiyyəti üçün
dördüncü, beşinci yerdə idi: "Əsas diqqət həmişə daxili problemlərə
yönəlmişdi. Aprel döyüşlərindən sonra isə cəmiyyət ordudakı
səhvlərdən danışmağa başladı. İnsanlar anladılar ki, Qarabağda baş
verən hər-hansı hadisə Ermənistan üçün itkidir. Cəmiyyət Qarabağ
münaqişəsinin nizama salınmasının mümkün variantlarını müzakirə
etməyə başladı".
L. Baqdasaryan hesab edir ki, hazırda erməni cəmiyyəti
müharibədə döyüşməmək üçün Qarabağı güzəştə getməyə razıdır.
Asif
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA