Nida.az
11 sentyabr dünyanı necə dəyişdi?
11 sentyabr 2001-ci il... bu tarixi amerikalilar
dəhşətli terror aktları ilə, bütün dünya isə bir neçə müharibə və
dünyada başlanan antiterror əməliyyatları ilə xatırlayacaq. Amerika
tarixinin ən dəhşətli terror aktı yalnız Amerikaya və amerikalılara
təsir etmədi. Bütün dünyanın düzənini dəyişdi. Yüzlərlə insanın
ölümünə səbəb olan bu hücumları rəsmi Vaşinqton özünə qarşı elan
edilmiş müharibə kimi qiymətləndirdi və terror aktının
məsuliyyətini üzərinə götürən "Əl-Qaidə" terror təşkilatına qarşı
əks hücuma başladı.
Təşkilatın lideri Üsamə Bin Ladenin axtarılması və təşkilatın
bazalarının məhv edilməsi məqsədilə 2001-ci il oktyabrın 7-də
Əfqanıstana daxil oldu. Baxmayaraq ki, bu ilin mayında Bin Ladenin
Pakistanda öldürüldüyü açıqlandı, minlərlə insanın ölümünə səbəb
olan bu müharibə hələ də davam edir. Elə Pakistanda da Amerikanın
pilotsuz təyyarələrlə həyata keçirdiyi antiterror reydləri
nəticəsində çox sayda insan öldü. Bu insanların içərisində dinc
sakinlərin də olmasını Pakistan hökuməti dəfələrlə bəyan edib.
Rəsmi Vaşinqton İraq lideri Səddam Hüseynin də terrora dəstək
verdiyini iddia edərək 2003-cü ilin martında İraqa daxil oldu.
Səddam Hüseyn devrildi. Amma nə onun kimyəvi silahları tapıldı, nə
də "Əl-Qaidə"ni dəstəklədiyi sübut olundu. Prezident Barak Obama
2010-cu ilin avqustunda İraq müharibəsinin bitdiyini elan etdi.
11 sentyabr dünyanı necə dəyişdi?
Bütün bu hadisələr isə dünyanın siyasi mənzərəsinə və dövlətlərin
mövqeyinə təsirsiz ötüşmədi. Politoloq, millət vəkili Rasim
Musabəyov deyir ki, Sovetlər Birliyi dağıldıqdan sonra, Birləşmiş
Ştatlar bir onillik ərzində özünü dünyanın yeganə güc sahibi hesab
edirdi. Lakin bu hadisələr hər şeyi dəyişdi.
"Hər halda hiss olundu ki, bir qüvvənin uzun müddətli tam
dominantlığı baş vermir. Hardasa kimsə ona qarşı mütləq çıxır. İndi
"Əl-Qaidə" olmayacaqdı, hansısa başqa biri olacaqdı. Hər halda
arxayınçılıq heç kəs üçün uzun müddətli davam etmir. Bu da aydın
oldu", - deyə Rasim Musabəyov vurğulayıb.
Ekspertlər bu hadisələrin Azərbaycanın ABŞ üçün
əhəmiyyətini artırdığını deyirlər
11 sentyabr hadisələrindən sonra yaradılan antiterror koalisiyasına
Azərbaycan da qoşuldu. Rasim Musabəyov hesab edir ki, Azərbaycan
dövləti onsuz öz xarici siyasətində qərblə əməkdaşlıq xəttini
seçdiyinə görə, bu hadisələr Azərbaycanın xarici siyasətini
dəyişmədi. Lakin ölkəmizin Amerika üçün əhəmiyyətinə təsir
etdi.
"Azərbaycan həm kəşfiyyat sahəsində, həm də bilavasitə ABŞ-la
terror şəbəkəsinə qarşı mübarizədə mövcuddur. Bütün bunlar
Azərbaycanın ABŞ üçün əhəmiyyətini artırdı. Bildiyiniz kimi tranzit
Əfqanıstana Azərbaycandan keçir. Bu elə-belə deyil ki, bura bütün
Pentaqonun rəhbərləri gəlir. Azərbaycan rəhbərlərilə görüşür.
Hansısa bir məsələni müzakirə edir. Halbuki Ermənistana
getməyiblər. Onlara heç bir ehtiyac yoxdur".
Qeyd edək ki, 11 sentyabr hadisələri həm də dünyada İslama və
müsəlmanlara qarşı olan münasibəti dəyişdi. Müsəlman dünyası və
Qərb arasında bir uçurum yaratdı. İslamı terrorla bağlamaq cəhdləri
artdı. Rasim Musabəyov deyir ki, Azərbaycan həm də müasir müsəlman
dövləti modeli kimi də Qərbə və Amerikaya lazımdır.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq