Güləndən Azərbaycanda Qurban bayramı adı altında ƏZƏLƏ NÜMAYİŞİ
Bizi izləyin

Nida.az

Güləndən Azərbaycanda Qurban bayramı adı altında ƏZƏLƏ NÜMAYİŞİ

Fətullah Gülənin Azərbaycandakı şəbəkəsi Qurban bayramı münasibəti ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində ənənəvi qurbanlıq heyvanların kütləvi kəsimini təşkil edib.

Yenicag.az-a daxil olan məlumata görə, mərasimdə Gülən camaatının tanınmış üzvləri də yaxından iştirak edib.

Mehdiabaddakı kütləvi heyvan kəsimi ərazisində kəsilən qurbanlıqların paylanması fətullahçıların buradakı fəaliyyətlərinin davam etdiyini və hələ də "himmət" pullarını yığmaqda olduqlarını göstərir. Belə ki, başqalarının yerinə qurban kəsilməsi Gülənin ən böyük gəlir mənbələrindən sayılır. Türkiyədə bu barədə aparılan araşdırmalar Gülənin ciddi korrupsiya fəaliyyətini ortaya çıxarmışdı.

Qısa olaraq, qeyd edək ki, camaata bağlı iş adamları özləri qurban kəsə bilməz, onlar üzərlərinə qoyulan qurbanların pulunu verir, Camaat isə onların yerinə qurbanı kəsir. Maraqlıdır ki, hələ də Azərbaycanda Güləndən qopmayan və qurban haqqını onlara verən iş adamları çoxluq təşkil etməkdədir. Builki Qurban kəsimlərində Dialoq Avrasiya Platformu rəhbərliyinin və iş adamlarının iştirakı diqqət çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm