Avropa Xalq Partiyası: “Xalq öz iradəsini azad şəkildə ifadə etdi”
Bizi izləyin

Nida.az

Avropa Xalq Partiyası: “Xalq öz iradəsini azad şəkildə ifadə etdi”

Avropa Xalq Partiyasının müşahidə missiyası Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi ilə bağlı bəyanat verib.

Publika.az xəbər verir ki, partiyanın nümayəndəsi David Mario qurumun Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə referendum izləmək üçün Azərbaycana gəldiyini bildirib.

O, müşahidə missiyasının üzvlərinin geniş seçki təcrübəsinin olduğunu deyib. Referendumdan əvvəl bəzi seçki məntəqələrində və Mərkəzi Seçki Komissiyasında olduğunu deyən David Mario komissiyanın fəaliyyətinin bütün beynəlxalq norma və prosedurlara uyğun olduğunu dilə gətirib.

O, Azərbaycan vətəndaşlarının referendumda oz iradələrinə uyğun olaraq səs verdiyini, seçicilərin səsvermə zamanının normal vaxtdan daha uzun olduğunu bildirib. "Bütün müşahidə etdiyimi məntəqələrdə proseduralar beynəlxalaq standartlara uyğun olub. Digər bir məqam polislərin seçki məntəqələrində gözə dəyməməsidir", - o, deyib.

David Mario missiyanın bəzi üzvlərinin səslərin hesablanması prosesini izlədiyini qeyd edib. O, xalqın referendumda azad və sərbəst şəkildə öz iradəsini ifadə etdiyini və ən qabaqcıl standartlara cavab verdiyini deyib.

O, bildirib ki, missiyanın digər üzvləri də onunla eyni fikirləri paylaşırlar. Missiya 11 nəfərdən ibarət olub və 20 məntəqədə referendumu müşahidə edib.

David Mario vurğulayıb ki, missiyanın hazırladığı bəyanat Azərbaycan dilində yaxın saatlarda dərc olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm