Nida.az
BAXCP: “Partiyalararası əməkdaşlıqla bütün maneələrə sinə gələ bilərik”
“Hakim Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının parlamentdə təmsil olunan müxalifət partiyaları ilə görüş keçirilməsini çox müsbət addım kimi qiymətləndirəm”.
Bu barədə BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu addım cəmiyyətdə birmənalı olaraq təqdir
edilir və müsbət qarşılanır: “Ölkəmizin inkişafı və demokratik
ənənələrin möhkəmlənməsində partiyalararası münasibətlərin
qurulması həm də vacib əhəmiyyət daşıyır. Bu ölkənin irəli
aparılmasında partiyaların rolunun artırılması olduqca vacib
amildir. Ölkəmizin daha da sürətli inkişafı cəmiyyətdə partiyaların
önə çıxarılmasını və dialoqu biz BAXCP olaraq daim dəstəkləmişik.
İnanıram ki, bu tendensiya davam edəcək. Bununla biz cəmiyyət
olaraq bütün maneələrə sinə gələ bilərik. Ölkənin milli
maraqlarından tutmuş bütün problemləri birgə qorunmalıdır və bunlar
da birbaşa dialoqdan, birgə əməkdaşlıqdan keçir. Həm də nəzər almaq
lazımdır ki, YAP partiyalararası əlaqələr və dialoq komissiyasının
rəhbəri hörmətli Əli Həsənov Prezident Administrasiyasının ictimai
və siyasi məsələlər üzrə rəhbəridir. Əli müəllim də görüşün vacib
olduğunu bildirib”.
Asif
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!