"İrana torpaq verməyəcəyik" - Rəsmi açıqlama
Bizi izləyin

Nida.az

"İrana torpaq verməyəcəyik" - Rəsmi açıqlama

"İrana torpaq verməyəcəyik" - Rəsmi açıqlama

Azərbaycanın 44 metr ərazisinin İrana verilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Publika.az-ın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O deyib ki, yayılan xəbərlər əsasızdır. Qərib Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanla (Ordubad) İran (Mazarad) arasında su elektrik sytansiyasının tikilməsi ilə bağlı məsələyə baxılır: “Mənim müavinim bu yaxınlarda İranda olub. Orada sərhədlərdən 44 metr torpaq məsələsi olmayıb. Sadəcə, iki ölkə arasında su elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsinin ayrılması məsələsinə baxılır. Bununla bağlı sərhədlərdə heç bir dəyişiklik olmayacaq".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm