Nida.az
Azərbaycan-Türkmənistan əlaqələri müzakirə edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Görüş zamanı R. Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova çatdırıb. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarına görə təşəkkür edib, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daimi olacağını bilirib.
Görüşdə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Türkmənistana səfəri cərcivəsində ARDNŞ-nin prezidenti bu ölkənin xarici işlər naziri Rəşid Meredov ilə də görüşüb. Görüş konstruktiv və işgüzar şəraitdə keçirilib, ikitərəfli münasibətlərin gələcək inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, Türkmənistan ilə Azərbaycanın siyasi və iqtisadi münasibətlərinin möhkəmlənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə iştirak edib.
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...