Nida.az
Azərbaycana xəyanətdə ittiham olunan ÜAK - dan reaksiya
"Bizə hansısa kitabın təqdimatı ilə bağlı heç bir dəvət gəlməyib".
Bu barədə Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı
direktoru İlqar Hacıyev Publika.Az-a açıqlamasında
onlara qarşı irəli sürülən ittihamlara münasibət bildirərkən
deyib.
ÜAK təmsilçisi bildirib ki, əgər dəvət olunsaydı,
mütləq iştirak edərdilər: "Ən azı nümayəndələrimizdən kimsə orda
iştirak edərdi. Biz burda Azərbaycanın maraqları üçün çalışırıq və
işimizin bütün mahiyyəti də bununla bağlıdır".
İ. Hacıyev əlavə edib ki, məsələ ilə bağlı daha müfəssəl məlumatı
rəhbərlikdən ala bilərik.
Qeyd edək ki, Rusiyada yaşayan həmyerlimiz, Beynəlxalq
Münasibətlərin Araşdırmaları Mərkəzinin rəhbəri Sakit Allahverdiyev
Azərbaycanın Rusiyadakı səfirliyini və ÜAK-ı Azərbaycana
düşmənçilikdə ittiham edib. Bildirib ki, aprelin 21-də
Moskvada rusiyalı tarixçi Oleq Kuznetsovun "Gülüstana gedən
yol...": Tarixə dərə-təpələrlə səyahət ("Дорога на Гюлистан…":
Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimi
keçirilib: "Rusiya Elmlər Akademiyasının Elm Adamları Mərkəzi
Evində keçirilən mərasimdə monoqrafiya haqda məlumat verilib.
Əsərdə O. R. Ayrapetova, M. A. Volxonskoqo, V. M. Muxanova "Doroqa
na Gülüstan"` kitabını tənqid edir. Müəllif bu kitabda ermənilərin
saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edir.
Bir rus müəllifinin belə bir elmi əsərlə çıxış etməsi Azərbaycan üçün göydən düşmə bir hadisədir. Amma təəssüf ki, nəinki bu fürsətdən istifadə edildi, heç müəllifə quru sağ ol da deyilmədi. Tədbirdə nə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etdi, nə də Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri. Sanki, bu məsələ 3-5 nəfərdən savayı heç kimi maraqlandır. Bu necə məmurlardır, ictimai təbliğatdır? Bunlar öz vəzifələrini icra etmirlərsə, niyə bu vəzifələrdə otururlar? Bu qədər biganəlik olarmı? Yox, bu biganəlik deyil, xəyanətdir! Belə bir münasibətin başqa adı ola bilməz. Hətta dostlardan bir nəfər Azərbaycanın Rusiyadakı Səfirliyinə telefonla zəng etdi. Ona cavab verdilər ki, səfir şəxsən tapşırıb bu tədbirdə səfirliyin işçilərindən heç kim iştirak etməsin. Ya rəbbim, görəsən, bu artistlər nə zaman siyasətçi olacaqlar? Bəs Konqres niyə iştirak etmir?".
Məsələ ilə bağlı səfirliyin də mövqeyini öyrənməyə çalışacağıq.
Asif
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO