Nida.az
Azay Quliyev Şirvanda seçiciləri ilə görüşdü
Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.
Gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə millət vəkili
əvvəlcə qəbula gələn Şirvan sakinlərinin müraciət və şikayətlərini
dinləyib və üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq
qərarlar qəbul edib.
Daha sonra Şirvan gəncləri ilə səmimi söhbət edən millət vəkili
onları narahat edən məsələlərlə maraqlanaraq, qarşılaşdıqları
problemlər, Şirvan şəhərinin ictimai-siyasi həyatında daha aktiv
iştirakları üçün rəy və təkliflərini dinləyib.
Görüş zamanı uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə
dini tolerantlıq mühitinin yaradıldığı, dövlət-din münasibətlərinin
beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyi barədə fikir
mübadiləsi aparılıb, millət vəkili Şirvan şəhərində qeyri-ənənəvi
təriqətlərin təbliğatının qarşısının alınmasında, milli-mənəvi
dəyərlərin və tolerant mühitin qorunub saxlanmasında gənclərin daha
aktiv fəaliyyət göstərmələrinin vacibliyini bildirib.
A.Quliyev gənclər tərəfindən irəli sürülən mədəni tədbirlərin
keçirilməsi, kütləvi idman yarışlarının təşkili, böyük beynəlxalq
layihələrin şəhər gənclərini əhatələməsi istiqamətində verilən
təklifləri ətraflı araşdıracağını və onların tezliklə həllinin
tapılması üçün müvafiq addımlar atacağını bildirib.
Elə həmin gün Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində
A.Quliyevin təşəbbüsü ilə xarici donorların maliyyə vəsaiti
hesabına tikiləcək tibb məntəqəsinə ayrılan ərazidə olub, qəsəbə
bələdiyyə sədri və İH nümayəndəsi ilə texniki-təşkilati məsələləri
müzakirə edib.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü