Nida.az
“İkinci islam inqilabı”: öz balalarını diri-diri yeyən İran xilas ola bilmir
2015-ci ilin iyulunda "Altılıq" ölkələri (Böyük Britaniya,
Fransa, Rusiya, Almaniya, ABŞ və Çin) ilə İran arasında tarixi
anlaşma əldə olundu. İranın nüvə proqramının inkişafına beynəlxalq
nəzarətin edilməsinin əvəzinə bu ölkəyə qoyulan sanksiyalar ləğv
edildi. Bu sazişin beynəlxalq iqtisadiyyata, eləcə də İranın daxili
vəziyyətinə ciddi təsir edəcəyi haqda qızğın müzakirələr
gedirdi.
Hesab olunurdu ki;
- Sanksiyalar ləğv olunandan dərhal sonra İrana böyük xarici
investisiyalar gələcək və bu ölkə ağır vəziyyətdən çıxacaq.
- İranın dünyaya açılışı ölkədə liberal güclərin mövqelərini
gücləndirəcək, nəticədə mühafizəkarlar erasına son qoyulacaq.
- İslahatçılar tərəfindən idarə olunan İran Qərblə münasibətləri
qaydaya salacaq, ən pis halda xarici siyasətdə anti-Rusiya mövqeyi
tutacaq.
Bu proqnozlardan bir il keçib, lakin "siyasi peyğəmbərliklər"in heç
biri yerinə yetməyib.
Sanksiyalardan xilas olmaq təbii ki, İranın xeyrinədir. Xüsusilə
neft üzərində embarqonun qaldırılması bu ölkənin pul qazanması
yolunu açdı. İllər sonra neft bazarına çıxış zamanı neftin
qiymətinin aşağı düşməsi kimi bəxtsizliklə üzləşməsinə baxmayaraq,
İran ümumilikdə öz iqtisadiyyatını müəyyən qədər dirçəltdi. Xarici
investorların da bu ölkəyə marağı artdı. 2014-cü illə müqayisədə
2015-ci ildə ümum daxili məhsul 0,5 faiz artaraq, 3,5 faiz oldu.
Proqnozlara görə, bu ilin sonunda ÜDM 4,2, 2017-ci ildə isə 4,6
faiz olacaq.
İran hökuməti iqtisadiyyatda stabillik yarada bildi, lakin
gözlənilənlərin əksinə olaraq, böyük inkişaf gözə dəymir. Büdcə
əvvəlki kimi boşdur, neft qiymətlərinin aşağı olması onu doldurmağa
imkan vermir. Xarici investorlar müzakirələr aparır, lakin kapital
qoymağa hələ tələsmirlər. Sosial vəziyyət o qədər də ürəkaçan
deyil.
İran iqtisadiyyatının cari problemlərinin bir neçə səbəblə bağlı
olduğu deyilir. Hər şeydən əvvəl sanksiyaların mənfi atmosferinin
hələ də qalmasıdır. Sanksiyalar vaxtında İran öz maliyyə
ehtiyatlarını demək olar ki, xərclədi və buna görə də indi
iqtisadiyyatının inkişafına pul qoya bilmir. Digər tərəfdən,
iqtisadiyyatda köhnəlmə prosesi gedib, hansı ki, indi onun
yenilənməsi üçün də maliyyə lazımdır.
Nəhayət, sanksiyalar tamamilə aradan götürülməyib. Xüsusilə Avropa banklarındakı hesablara qoyulan həbslər, həmçinin, İranın dünya maliyyə sisteminə girişinə olan qadağa problemlər yaradır. ABŞ-ın yeni prezidentinin kim olmasından asılı olmayaraq, Vaşinqtonun bu məhdudiyyətlərdən Tehran üzərində siyasi təzyiq aləti kimi istifadə etmək niyyəti açıq görünür.
Bu isə xarici bankların və şirkətlərin İran iqtisadiyyatına
kapital qoymasının qarşısını alır. Misal üçün, Böyük Britaniya
hökuməti bu il "HSBC" və "Barclays" şirkətlərinə İranla aktiv
işləmək təklifi göndərib. Cavab belə oldu: Amerika sanksiyalarının
onları hədələmədiyinə tam əmin olmayana qədər İranla işə
başlamayacaqlar.
Bunda başqa İranda danışırlar ki, sanksiyalar hökumətin
iqtisadiyyat üzərində sərt nəzarətinə gətirib çıxartdı və xüsusilə
özəl sektorun boğulması, korrupsiya kimi hallarin artması
problemlərə gətirib çıxartdı.
Burada İran daxilində mühafizəkarlarla liberalların savaşı da
boylanır: "Altılıq" ölkələri ilə razılaşmadan sonra liberalların
nüfuzu artdı, parlament seçkilərindən onlar qalib çıxdı. Lakin bu,
mühafizəkarların "ölümü" demək deyil. Ali dini lider Ayətullah
Xamneyinin dəstəyindən istifadə edən mühafizəkarlar liberalların
önünə sədd çəkirlər. Onlar hesab edirlər ki, iqtisadiyyatda dövlət
nəzarətinin aradan qaldırılması təhlükələrə gətirib çıxara bilər.
ABŞ və Avropa Birliyi ilə əlaqələrdən ehtiyat edir, iqtisadi
əməkdaşlığın məhdudlaşdırılmış formasını təklif edirlər.
Ümumilikdə liberallarla mühafizəkarların döyüşündən Ruhaninin
cameəsi qalib çıxsa da bu, hər şeyi həll etmədi. Təcrübə bir daha
göstərdi ki, son söz yenə də Xamneyinindir.
Mühafizəkarların İran reallığında təsir gücünün qalması deməyə əsas
verir ki, ölkənin xarici siyasət kursunda da ciddi dəyişiklik
gözlənilmir. Faktiki olaraq, dini rəhbər də daxil olmaqla
mühafizəkar kəsim Qərblə münasibətlərə şübhə ilə yanaşır. Bundan
başqa, Tehran Yaxın Şərqdəki proseslərə cəlb olunduğu üçün Qərblə
münasibətləri qaydaya salması çətinləşir. Xüsusilə Suriya
hadisələri, İŞİD-lə mübarizə Tehranı Moskva ilə yaxınlaşdırır. Bu
yaxınlaşma iqtisadi sferada da nəzərə çarpır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Göründüyü kimi, İranla bağlı proqnozlar özünü doğrultmur. Ehtimallar var ki, ABŞ-ın yeni prezidenti İranla bağlı daha sərt yanaşma sərgiləyəcək.
Və budur, Rza Zərrabın timsalında öz balalarını "diri-diri
yeyən" İran xilas ola bilmir. Hansı ki, Amerika İranda "ikinci
inqilab" həyata keçirə bildi və 1979-cu ildən ölkəyə hakimlik edən
mühafizəkarların qanadını qıraraq, sanksiyalar dövründə öz
ölkəsinin xilası üçün amerikalıları aldadanları görk olsun deyə
asmaqdan betər etdi. İran isə öz içində çabalamaqdadır.
Asif
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO