Nida.az
Vahid Əhmədov: “İlham Əliyev ciddi iradə nümayiş etdirdi”
Milli Məclis "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsini müzakirə edib.
Publika.az xəbər verir ki, deputat Vahid Əhmədov çıxışı zamanı bildirib ki, Oktyabrın 18-də Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək.
"Bu müddətdə yüzdən çox kontrakt imzalanıb. Mən onların arasında iki müqaviləni xüsusilə vurğulamaq istəyirəm. Bunlardan biri 1994-cü ilin 20 sentyabrında imzalanan Əsrin Müqaviləsidir. Bu müqavilə iqtisadi baxımdan Azərbaycan üçün lazımlı olduğu qədər də, siyasi baxımdan əhəmiyyətli idi, müstəqilliyimizin möhkəmlənməsi baxımından müstəsna rolu oldu. İkinci müqavilə isə Trans Anadolu kontraktıdır. Bizdə olan məlumata görə, bu layihənin imzalanması ağır yollardan keçib. Bəzi ölkələr hətta bunun imzalanmaması üçün ciddi iş aparıb. Son zamanlar Türkiyə-Rusiya yaxınlaşmasından sonra bəzi dairələr bu layihə haqqında mənfi münasibət ifadə etməyə cəhd göstərib. Ancaq prezident İlham Əliyev ciddi iradə nümayiş etdirərək bu layihəni həyata keçirib. Bu layihədə 40 milyard vəsait məsələsi var. Bunun maliyyə tərəfini bir kənara qoyuram. Hesab edirəm ki, belə layihələrin imzalanması ciddi əhəmiyyətə malikdir. Deputatları bu layihəyə səs verməyə çağırıram. Bir daha Azərbaycan dövlət başçısına və bu layihə üzərində işləyən mütəxəssislərə öz təşəkkürümü bildirirəm", - deyə qeyd edib V.Əhmədov.
Sonda layihə səsverməyə çıxarılaraq qəbul edilib.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ