Qarabağ üçün hücum strategiyası: Qan su yerinə axacaq – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qarabağ üçün hücum strategiyası: Qan su yerinə axacaq – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Dağlıq Qarabağ münaqişəsi son vaxtlar daha çox erməni politoloqların irəli sürdüyü müharibə ssenariləri ilə gündəmə gəlir.

Dağlıq Qarabağ münaqişəsi son vaxtlar daha çox erməni politoloqların irəli sürdüyü müharibə ssenariləri ilə gündəmə gəlir. İraq ordusu Mosul əməliyyatının 19-cu günündə şəhərə daxil olub. Suriyanın Hələb şəhəri uğrunda amansız döyüşlərin başlanacağı proqnozlaşdırılır. Türkiyədə Xalqların Demokratik Partiyasına (HDP) qarşı keçirilən əməliyyat günə damğasını vurdu. HDP-li millət vəkillərinin saxlanılmasından dərhal sonra isə Diyarbəkr vilayətində terror aktı törədildi.

Rusiyalı politoloq Vadim Dubnovun sözlərinə görə, Moskva Ermənistanda öz yanaşmasını dəyişir. O, bildirib ki, Moskva bundan sonra proqressiv, intellektual və Rusiyaya loyal olan insanlarla işləyəcək. Bura Rusiyadakı erməni milyarderlər də daxil ola bilər.

Vadim Dubnov bildirir ki, Karen Karapetyanın baş nazir təyin olunması Rusiyanın istəyinin əyani sürətidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yeri gəlmişkən, Karen Karapetyan bu gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna gəlib.

"Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb".

Erməni rəsmilər bunu istəməyərək olsa da, etiraf ediblər. Hər şey apreldə "dördgünlük müharibə" zamanı Talış kəndini tərk edən ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi zamanı ortaya çıxıb. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Talış kəndini tərk etmiş ermənilərə səslənərək, onları geri qayıtmağa çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanla bağlı digər bir acı etiraf Erməni analitik İqor Muradyandan gəlib. Onun sözlərinə görə, Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcək. İqor Muradyan Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyib: "Birincisi, iki ölkə arasında müharibə, ikincisi başqa ölkənin müdaxilə edəcəyi hərbi toqquşma".

Muradyan etiraf edir ki, hər iki halda Ermənistan təklənmiş olacaq.

İqor Muradyan Ermənistan indiyə qədər ölkə ordusunun ruslara tabe edilməsi ilə bağlı çoxlu bağışlanmaz səhvlərə yol verildiyini deyib.

Qarabağın qaytarılması üçün hücum strategiyası hazırdır - PLAN

Erməni politoloqları aprel müharibəsində Ermənistanın uğradığı məğlubiyyəti və yeni təhlükəni xüsusi vurğulayırlar. Erməni politoloq Levon Şirinyan deyir ki, Rusiya Qarabağ kartını oynamaqda davam edir.

"Ehtimal ki, Kreml yeni ssenari hazırlayıb və bu ssenaridə Ermənistanda bəzi dəyişikliklər etməkdir. Qarabağ kartı bu prosesdə mühümdür. Xüsusilə münaqişənin Rusiya planına uyğun, yəni ərazilərin qaytarılması ilə həlli əsas götürülür. Bunun reallaşması üçün lazım olsa müharibə də başlaya bilər", - o, bildirib.

Erməni analitik İqor Muradyan yenidən Türkiyənin Qarabağ müharibəsinə müdaxiləsindən danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

HDP əməliyyatı

Noyabrın 3-də Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının saxlanılması barədə qərar icra olunub. Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, Səlahaddin Dəmirtaş, İdris Baluken, Figen Yüksəkdağ Şenoğlu, Sırrı Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan saxlanılıb. Məhkəmə millət vəkili İdris Baluken, Nursel Aydoğan və Leyla Birlik, həmçinin HDP-nin həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksekdağ barəsində həbs qərarı çıxarıb.

Türkiyə hökuməti beynəlxalq media üçün verdiyi bəyanatında HDP-li millət vəkillərinin ifadə vermək üçün məhkəməyə gəlmədiyi üçün saxlanıldıqları bildirilib. Deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.

Türkiyədə HDP-li millət vəkillərinin saxlanılmasından sonra Ankara, İstanbul və Antalyada etirazlar aksiyaları keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünən səhər saatlarında Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinin qarşısında terror aktı törədilib. Binanın girişində partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.

Türkiyənin baş nazir Binəli Yıldırım terror aktında 2-si polis olmaqla 8 nəfərin şəhid olduğunu, 100-dən çox insanın yaralandığını deyib. Bir terrorçu ölü ələ keçirilib.

Diyarbəkr valiliyindən verilən açıqlamaya görə, terror aktına görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb.

Bu gün PKK Şırnakda daha bir partlayış törədib. Nəticədə iki uşaq həlak olub, 4 uşaq isə yaralanıb.

Mosul əməliyyatı

Üçgünlük pauzadan sonra İraqın hökumət gücləri oktyabrın 31-də Mosula hücumu bərpa ediblər. Əməliyyata İraq ordusunun elit bölmələri və peşmərgə gücləri (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri –red.) atılıb.

Noyabrın 3-də İraq ordusunun 9-cu zirehli briqadası Mosula daxil olub. Bir gün sonra isə İraq ordusu şəhərin şərq hissəsindəki 6 rayonu İŞİD-dən azad edib.

"C planı" dövriyyədə - Müharibə hər an başlaya bilər

İraq ətrafında baş verən hadisələr isə vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir. Ankara türkman şəhəri olan İraqın Telafer şəhərinə təhdid artdığı üçün "C" planını tətbiq etməyə hazırlaşır.

Plan soydaşları müdafiə etmək üçün birbaşa müdaxiləni nəzərdə tutur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Türkiyəni işğal edin, qan çay kimi axsın!" – ŞOK ƏMR

Hazırda Mosulda olduğu iddia edilən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə aid səs qeydi dərc olunub.31 dəqiqəlik səs qeydində Mosul əməliyyatının müvəffəqiyyətsiz olacağından əminlik ifadə olunub və təşkilatın üzvlərinə "Türkiyəni işğal edin!" çağırışı edilir.

"Artıq nifrətinizin atəşini türk əsgərlərinə boşalda bilərsiniz. Türkiyə artıq cihadınızın hədəflərindən birinə çevrilib. Türkiyənin işğal edin və etibarlı hesab etdiyiniz qorxu salın. Gecəni gündüzə çevirin, torpaqlarında dağıntılar törədin, qanın çay kimi axmasını təmin edin!", - İŞİD lideri deyib.

Bir terror təşkilatının rəhbəri olmasa da, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Mikael Rubinin Türkiyə barəsində dedikləri də İŞİD liderinin fikirlərindən fərqlənmir.

Rubin "American Enterprise Institute" təşkilatının saytında yayımlanan məqaləsində Türkiyənin qan gölünə çevriləcəyini yazıb. "Türkiyə mütləq qan gölünə çevriləcək. Maraqlı olan bunun nə vaxt baş verəcəyidir", - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya cəbhəsi

Vəziyyət Suriyada da, daha doğrusu Hələb ətrafında getdikcə pisləşir.

Noyabrın 4-də yerli vaxtla saat 9-da Suriyanın Hələb şəhərində 10 saat humanitar fasilə başlayıb. Fasilə Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə elan edilib və saat 19:00-dək davam edib. Humanitar fasilə dinc sakinlərin, o cümlədən xəstə və yaralıların təxliyyəsi, eləcə də istəyəcəkləri təqdirdə yaraqlıların könüllü təslim olması üçün nəzərdə tutulub.

Daha əvvəl isə Rusiya şəhərdəki müxalifət güclərinə xəbərdarlıq edib.Rusiya Silahlı Qüvvələrinin Baş qərargah başçısı Valeri Gerasimov noyabrın 4-də Hələbdə təşkil ediləcək "humanitar pauza"da müxalifətdən şəhəri tərk etməsini istəyib.

Türkiyənin isə Suriya ilə bağlı öz planları var. Və Suriya müxalifəti bu planların həyata keçirilməsində Ankaraya dəstək verməyə hazırdır. Suriyanın müxalifətinin liderlərindən olan Əbu Xattab "Yeni Şafak" nəşrinə açıqlamasında Tel Abyad, Münbiç və Rakka şəhərlərinin PYD və İŞİD terror təşkilatlarından təmizlənməsi üçün 30 min döyüşçü hazır olduğunu deyib.

Böyük Britaniyanın "The Times" qəzetinin kəşfiyyatdakı şəxsi mənbələrə istinadən verdiyi xəbərə görə, Rusiya müxalifət tərəfindən qismən tutulmuş Suriyanın Hələb şəhərinə hücüm etmək niyyətindədir.

Qəzetin məlumatına görə, Kreml prezident seçkiləri ilə əlaqədar Vaşinqtonun xarici siyasətində yaranan müvəqqəti zəiflikdən istifadə edərək Hələbi tutmağı planlaşdırır. "Bundan sonra Moskva ABŞ-ın yeni prezidentini artıq baş vermiş fakt qarşısında qoyacaq", - mənbə deyib.

Bildirilir ki, "Admiral Kuznetsov" təyyarədaşıyan gəminin başçılıq etdiyi Rusiya donanmasının Suriya sahillərinə doğru üzməsi də Hələbə planlaşdırılan hücumla bağlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hazırda Türkiyə-ABŞ münasibətləri istənilən səviyyədə deyil. Ankara və Vaşinqton arasında narazılıq yaradan məsələlərdən biri ABŞ-ın FETÖ lideri Fəthullah Güləni Türkiyəyə qaytarmaqdan imtina etməsidir. Digər məsələ isə ABŞ-ın Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD ilə yaxınlıq etməsidir.

ABŞ və Türkiyə Suriyanın Rakka şəhərinin İŞİD-dən azad edilməsi üçün keçiriləcək əməliyyatda kimlərin iştirak edəcəyinə dair razılaşa bilməyiblər.

ABŞ-ın nüfuzlu nəşrlərindən olan "Vaşinqton Post" qəzeti ABŞ prezident Barak Obamanın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla etdiyi son telefon söhbətinin detallarını dərc edib.Nəşrin iddiasına görə, Obama Suriyadakı YPG (PKK terror təşkilatının Suriya olan olan PYD-nin hərbi qanadı – red.) güclərinin Rakka əməliyyatına qatılmasına qərar verildiyini söyləyib.

"Vaşinqton Post" bildirir ki, Ankaraya ya Türkiyənin koalisiya güclərinin dəstəklədiyi əməliyyata qatılmalı olduğu, ya da əməliyyatdan kənarda qalacağı mesajı verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putin bu ölkələrdə "narıncı inqilablar" hazırlayır – ŞOK SİYAHI

Rusiya sosioloqu və publisisti İqor Eydmanın iddiasını da sıradan səsləndirilmiş bir iddia hesab oluna bilməz. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Şərqi Avropada "narıncı inqilablar" hazırlayır.

Publisist Çernaqoriyada dövlət çevrilişini təşkil etmək cəhdində Rusiya xüsusi xidmət orqanlarının iştirakı haqqında xəbərlərin etibarlılığından şübhələnmir. İqor Eydmanın fikrincə, Kreml bu cür pozucu fəaliyyətlə Şərqi Avropanın digər ölkələrində, həmçinin keçmiş SSRİ respublikalarında məşğuldur.

"Putin səmimiyyətlə inanır ki, istənilən inqilab və ya etiraz aksiyası xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Rusiya lideri əmindir ki, Ukrayna Maydanını və "Ərəb baharı"nı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi təşkil edib. Bu inam Rusiya hakimiyyətini "narıncı inqilablar" sahəsində "qızğın silahlanma"ya aparır", - Rusiya sosioloqu qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və ABŞ arasında münasibətlər hər keçən gün daha da gərginləşir. Rusiya prezidenti Vladimir Putinin bugünkü fərmanı nüvə silahlanması üzrə yeni yarışın başlandığı anlama gəlir.

Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması haqqında qanunu imzalayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskvadan SOS: "ABŞ Rusiyanın strateji obyektlərini vuracaq"

Vaşinqton-Moskva, həmçinin Moskva-Qərb xəttində isə qarşılıqlı ittihamlar bir-birini əvəz edir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərinə görə, Rusiya sərhədlərində yerləşdirilmiş ABŞ-ın raketdən müdafiə sistemlərindən ölkənin strateji obyektlərinə zərbələr vurmaq üçün istifadə etmək olar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin başçısı Endrü Parker isə əksini düşünür. O, bildirib ki, Rusiya Böyük Britaniyanın sabitliyinə təhdid yaradır və öz hədəflərinə çatmaq üçün müasir vasitələrdən istifadə edir.

"Rusiya xarici siyasətini təbliğat, casusluq, diversiyalar və kiberhücumlar da daxil olmaqla təcavüzkar üsullarla həyata keçirmək üçün bir sıra dövlət orqanlarından istifadə edir. Rusiya bütün Böyük Britaniya və Avropada fəaliyyətdədir. MI5-nin işi buna qarşı durmaqdır", - Endrü Parker bildirib.

Saakaşvili ağır məğlubiyyətə uğradı – SON NƏTİCƏLƏR

Gürcüstanda parlament seçkilərinin ikinci turunda "Gürcü arzusu" hakim partiyası 50 majoritar (birmandatlı) dairənin 48-də qalib gəlib.

Partiya siyahılarına gəlincə, "Gürcü" arzusu 44, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" 27, "Gürcüstan Vətənpərvərlər İttifaqı" isə 6 yer qazanıb.

Oktyabrın 8-də keçirilən seçkilərin ilk turunda "Gürcü arzusu" birmandatlı dairələr üzrə 23 yer qazanmışdı. Beləliklə, hakim partiya parlamentdə 150 yerdən 115-ni alacaq. Bu, "Gürcü arzusu"na Konstitusiyanı dəyişdirmək hüququ verir.

Parlamentə partiya siyahıları üzrə 77, birmandatlı dairələr üzrə isə 73 deputat daxil olacaq.

"Ərəb baharı -2" Mərakeşdə başladı – VİDEO/FOTO

Mərakeşdə balıqçı Möhsün Fikrinin ölümü də ölkəni silkələyib. 31 yaşlı balıqçının ölməsinə etiraz olaraq minlərlə adam küçələrə çıxıb.

Hadisə oktyabrın 28-də əl-Hüseymidə baş verib. Yerli hakimiyyət nümayəndələri Möhsün Fikrinin qanunsuz ticarətlə məşğul olduğunu bildirərək ovladığı balıqları zibil maşınına atmağa başlayıblar. Öz malını xilas etməyə çalışan balıqçı zibildaşıyanın təkərləri altına düşür və ciddi zədələr alaraq hadisə yerində ölüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Klintona "Oktyabr sürprizi" - Yarış yenidən başladı

"Sən saydığını say, gör Tramp nə sayır". Bir neçə həftə əvvəl keçirilən sorğular keçmiş dövlət katibi, demokratların namizədi Hillari Klintonun ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində asanlıqla qələbə qazanacağını göstərsə də, seçkilərə bir həftə qalmış vəziyyət 180 dərəcə dəyişib.

ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və rəqibi respublikaçı Donald Trampın reytinqi arasındakı fərq seçkilərə bir neçə gün qalmış aradan qalxıb. "Washinton Post" qəzeti və ABC telekanalının keçirdiyi sorğuya görə, Tramp 46 faizlə Klintonu keçib. Rəyi soruşulanların 45 faizi isə keçmiş dövlət katibini dəstəklədiyini bildirib.

Həftələr əvvəl keçirilən rəy sorğularına görə, Klinton respublikaçı namizədi 12 faiz qabaqlayırdı. Klinton və Tramp arasındakı reytinq fərqinin sürətlə irəliləməsi "Oktyabr sürprizi" hesab olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm