Nida.az
Leyla Yunusun həbs edilməsinə çağırış edildi
Beynəlxalq Diaspor Mərkəzi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla bağlı bəyanat yayıb.
Publika.Az-a daxil olan bəyanatda deyilir ki, Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsi və ərazi bütövlüyünün bərpası istiqamətində dövlətimiz təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir: “Ölkə prezidenti başda olmaqla, bütün qurumlar tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin durdurulması və torpaqlarımızın azad olunması üçün həm daxildə, həm də xaricdə müxtəlif tədbirlər həyata keçirilməkdədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın əldə etdiyi uğurlar həm daxildə, həm də xaricdə olan bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdur. Həm də demokratiya örtüyü ilə pərdələnmiş bu qüvvələr Azərbaycan milli dövlətçiliyini sarsıtmağa və onun inkişafına mane olmağa yönələn fəaliyyətlərindən əl çəkmirlər.
Özünü “demokratiya”, “insan haqları” mücahidi elan etmiş,
əslində Vətəninə qarşı düşmən fəaliyyəti aparan Leyla Yunusun
əməlləri son dövrlər öz həddini aşmaqdadır. Bu qadın illərdir hüquq
müdafiəçisi olduğunu bəyan edərək Azərbaycana qarşı bütün
destruktiv fəaliyyətlərin ya başında, ya da çevrəsində olaraq
düşmən qədər ölkəmizə zərbələr vurubdur. Təəssüflər olsun ki, onun
arxasında duran bəzi qərb dövlətləri və erməni lobbisi ilə birbaşa
bağlı olan dairələrdir. Torpaqları işğal olunmuş, insanları
deportasiya və soyqırımına məruz qalmış milyondan artıq
vətəndaşının qaçqın və məcburi köçkün halına düşmüş ölkəmizin
vətəndaşı, həm də “hüquq carçısı” olan Leyla Yunus bu günə qədər bu
xalqın maraqlarına deyil, ermənilərin mənfəətinə çalışıb. Qondarma
“erməni soyqırımı” ərəfəsində dövlətimizin başçısı cənab İlham
Əliyevin Praqadakı tarixi çıxışı çoxlarının kürkünə birə salıbdır.
Azərbaycan dövlətinin və onun prezidentinin qətiyyəti ermənipərəst
dairələr tərəfindən narahatçılıqla izlənməkdədir. Belə bir məqamda
Leyla Yunusun şou göstərərək Azərbaycan dövlətini ittiham etməsi
məlum dairələrin ölkəmizə qarşı növbəti çirkin məqsədlərindən xəbər
verir. Leyla Yunusun bu günə qədər ölkəmizə qarşı olan xəyanətini
sadalamırıq. Bu haqda Azərbaycan ictimaiyyətinin məlumatlı olduğuna
əminik. Beynəlxalq Diaspor Mərkəzi (BDM) bütün bunları qeyd edərək
sözdə Sülh və Demokratiya İnstitutunun və Leyla Yunusun əməllərini
şiddətlə qınayır, xaricdən maliyyə almaqla ölkəmiz əleyhinə həyata
keçirdiyi fəaliyyətləri Vətənə xəyanət kimi hesab edir. İllərdir
Leyla Yunusun bu hərəkətlərinin cavabsız qalması ölkəmizi daha
ciddi problemlərlə qarşılaşdırmaqdadır. BDM olaraq Leyla Yunusun
hərəkətlərinə hüquqi qiymət verilməsi və onun ölkəmiz əleyhinə
əməkdaşlığa girərək həyata keçirdiyi fəaliyyətlərin ifşa edilməsi
üçün hüquq mühafizə orqanlarını təxirəsalınmaz tədbirlər həyata
keçirməyə çağırırıq”.
Asif
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU