Nida.az
Prezident 2 sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi və Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, hər il iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi qeyd edilsin. Dövlət başçısının digər sərəncamı ilə "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi ilə əlaqədar, "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli sərəncamı ləğv edilib.
Digər sərəncamda isə qeyd edilir ki, "Azərbaycan Milli
Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi
ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Milli Konservatoriyasına 1,0 (bir) milyon manat
ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu
Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin".
-
Qarabağ 09:24
Oskanyan İrəvana qayıtdı: Avropadan Qarabağla bağlı nə gətirib?
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA