Nida.az
Xarici işlər naziri: "Ermənistan işğalçı dövlətdir"
Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.
Xarici İşlər Nazirlinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Finlandiya naziri Azərbaycan nazirinin səfərinin iki ölkə arasında münasibətlərin inkişafında önəmli rol oynadığını qeyd edib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Finlandiya arasında
əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirmiş, bunun üçün
biznes forumların təşkilinin və iki ölkə arasında müqavilə-hüquq
bazasının möhkəmləndirilməsinin vacib olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli
istiqamətində aparılan danışıqlar prosesi haqda qarşı tərəfə
ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq
hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd
edib. Həmçinin o, BMT TŞ-nin münaqişənin həlli ilə bağlı
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı
siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq,
Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Bu
baxımdan Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin
münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş
etdirməsinin vacibliyini vurğulayıb.
Həmçinin görüşdə Azərbaycanın Avropa Şurasında sədrliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və üçünçü ölkələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO