Nida.az
Elmar Məmmədyarov Kolumbiya rəsmisi ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransı çərçivəsində Kolumbiyanın xarici işlər nazirinin müavini Patti Lonodono ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
görüş əsnasında nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi
əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək,
iqtisadiyyat, ticarət, sərmayələr, enerji və humanitar sahələrdə də
iki ölkə arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu
bildirib.
Nazir Elmar Məmmədyarov kolumbiyalı mütəxəssislər tərəfindən Azərbaycanda təşkil olunan ispan dili kurslarının əhəmiyyətini diqqətə çatdırıb.
Xanım Patti Londono ölkəsinin Azərbaycanı regionun lider dövləti kimi qəbul etdiyini və Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Görüş əsnasında iki ölkənin Xarici İşlər nazirlikləri arasında
siyasi məsləhətləşmələrin mexanizminin inkişafı və qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə edilib.
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ