Nida.az
İsa Qəmbərin səlahiyyətləri ləğv edilə bilər
Müsavat başqanı İsa Qəmbərin səlahiyyətləri ləğv edilə bilər.
Publika.Az xəbər verir ki, Müsavatda Qurultaya
Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Siyasi partiyaların
fəaliyyətinə görə, qurultaya hazırlaşan partiyada bütün
səlahiyyətli orqanlar buraxılır və qurultayda yenidən seçkilər
keçirilir.
zərbaycanda Müsavatdan başqa qurultaya hazırlaşan digər partiyalarda bütün səlahiyyətli orqanlar buraxılır. Misal üçün Milli Demokrat (Borqurd) Partiyasında Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə partiyanın keçmiş sədri İsgəndər Həmidov rəhbərlik edir və digər orqanlar buraxılıb. Analoji hal “El” hərəkatı, Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyası (keçmiş ACP-red) və qurultaya hazırlaşan digər partiyalarda da var. Lakin Müsavatda eyni proses yaşanmır.
Partiyadan əldə etdiyimiz məlumata görə, Müsavat qurultay üçün
meriyadan yer alandan sonra başqanlıq və digər orqanların
səlahiyyətləri buraxılacaq.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə
Publika.Az-a açıqlamasında bunun əksini deyir.
Onun sözlərinə görə, qurultaya hazırlaşan başqa partiyalarda bütün
orqanlar buraxılsa da, bunun Müsavata aidiyyəti yoxdur.
“Çünki bizim nizamnaməmizdə belə bir şey göstərilməyib. Adətən partiya nizamnamələrində bununla bağlı müddəalar olur. Müsavatda isə belə bir müddəa yoxdur”-deyə partiya yetkinlisi bildirib.
Asif
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ