Nida.az
Azərbaycanda səfərbərlik elan olundu? – Fotofakt
Azərbaycanda səfərbərlik elan olunub.
Hərbi sirr baxımından adını açıqlamadığımız Sumqayıt şəhər sakini Publika.az-a məlumat verib ki, ona çağırış vərəqəsi gəlib: “Amma mən iki il öncə Beyləqan rayonunda N saylı hərbi xidmətdə olmuşam. Mənə mənzil istismar idarəsindən zəng edib Səfərbərlik Xidmətindən adıma məktub gəldiyini bildirdilər. Məktubda konkret hansı gün toplaşmaq lazım gəldiyi göstərilməsə də, bu il ərzində toplanışın olacağı bildirilir. Həmçinin şəxsiyyət vəsiqəsi, hərbi bilet, şəxsi əşyalar və nəqliyyat vasitələrini idarə etmək üçün sənəd götürməli olduğum qeyd edilib”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Nurəddin Heydərov Publika.az-a açıqlamasında bildirib ki, bu, normal bir şeydir.
““Qanunvericiliyə görə hərbi vəzifəlilər
səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi uçotda
olduqları yerli strukturlar tərəfindən çağırılır. Orda ya bir gün,
ya da bir neçə saat ərzində təlimlər, məşqlər keçirilir. Bu da belə
bir çağırışdır. Hazırda hərbi xidməti 3 il əvvəl bitirmiş
şəxslərdən başlanılıb”,– deyə Xidmətin sözçüsü bildirib.
Onun sözlərinə görə, Azərbaycanda səfərbərliyin başlanılması
səlahiyyəti dövlət başçısına aiddir.
Asif
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO