Kiyev, Tiflis və Kişinyov seçimini etdi: gözlər Bakıdadır
Bizi izləyin

Nida.az

Kiyev, Tiflis və Kişinyov seçimini etdi: gözlər Bakıdadır

Ukrayna Krımın ilhaqı və daxili müharibə bahasına gələn Avropa Birliyi ilə Assosiativ sazişi imzaladı. Kiyevlə yanaşı, eyni addımı Gürcüstan və Moldova da atdı. Xatırlayırsınızsa, eyni taleyini Gürcüstan Cənubi Osetiya və Abxaziya, Moldova isə Dnestryanı üzərində yaşadı. Kişinyov daha bir problemlə üz-üzədir. Söhbət Qaqauziyanın muxtariyyətindən gedir, hansı ki, Avropa Birliyi ilə məlum sazişin imzalanması bu prosesi də sürətləndirəcək.

Publika.az gürcü mediasına istinadən xəbər verir ki, rəsmi Tiflisin bu addımını şərh edən gürcü ekspert Soso Sinsadze bildirib ki, Gürcüstana Avropa yolunda böyük itkilər verib: “Assosiativ Sazişin imzalanması həmin itkiləri geri qaytarmayacaq. Lakin Tiflis öz gələcəyini Avropada görür”.

Gürcü ekspert hesab edir ki, Rusiya sakit dayanmayacaq.
“Gürcüstanın Avropaya doğru qaçmasını Moskva sakit izləməyəcək və güman ki, Rusiya artıq nə etmək haqda düşünür”,- deyə o bildirib.
Artıq Rusiyanın yerində dinc dayanmayacağı ehtimalı bir sıra ekspertlər tərəfindən təsdiqlənir.


Burada diqqətçəkən məqam Avropanın Ukraynanı öz yanına gətirməsi prosesinə daha iki ölkəni də qoşmasıdır. Düzdür, Moldova, Gürcüstan və ümumiyyətlə post-sovet respublikalarının Avropa yolunu tutması əvvəldən var, lakin bu mərhələli olaraq aparılır. Əgər Rusiya Ukraynanın gedişi aqressiya ilə qarşılamasa və bütün bunlar baş verməsə idi, yəqin ki, bu gün Moldova və Gürcüstan sazişə imza atmayacaqdı. Qərb Moskvanın Ukrayna siyasətinə adekvat olaraq bu prosesi başlatdı.

Növbədə isə Azərbaycandır. Çünki Cənubi Qafqazda gürcülər sazişə imza atmaqla tərəflərini göstərdi, rəsmi İrəvan isə həmişəki kimi Rusiyanın yanındadır. Ən böyük oyun Bakının üzərində aparılır. Söhbət təkcə bir imzadan deyil, regionda təbii sərvətlərdən, eləcə də bütün bölgənin əsas iqtisadi mərkəzindən gedir.

Amma Bakı bu addımı atacaqmı?

Rusiyalı ekspert Vladimir Sidenkon hesab edir ki, Bakı mövcud vəziyyətdə balans siyasətini qorumağa çalışır: “Müəyyən mənada buna nail olur. Lakin bölgədəki geosiyasi vəziyyət Ukraynadan sonra bir qədər dəyişib. Qərb və Moskva artıq gözləmə mövqeyindən çıxış etməkdə maraqlı deyil və güman ki, Bakıya seçim üçün zaman veriləcək”.

Lakin ekspert Rusiyanın Qərblə anlaşmasını da istisna etmir.

“Hesab etmək olar ki, Moskva Avropa ilə uzlaşsın və Vənubi Qafqaz bəlli bir müddətə olduğu kimi qalsın. Hansı ki, əvvəl Gürcüstan Avropa, Ermənistan Rusiya, Azərbaycan isə neytral mövqeli siyasət yürüdürdü. İndi həmin vəziyyət yenidən yaranıb və beynəlxalq sabitlik baxımından bu, tərəfləri qane edirdi”,- deyə ekspert bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm