Nida.az
Kristofer Smit: "Qarabağ münaqişəsinə laqeyd münasibət var"
“Minsk qrupunun fəaliyyəti nəticəsində münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə olunmayıb, bu faktdır”
Bakıda səfərdə olan ABŞ Konqresinin Beynəlxalq
təşkilatlar, İnsan haqları və Qlobal sağlamlıq Komitəsinin sədri
Kristofer Smit ölkəsinin Ukrayna böhranı ilə müqayisədə Dağlıq
Qarabağ məsələsinə laqeyd yanaşmasına münasibət bildirib.
Publika.az-ın məlumatına görə, K. Smit jurnalistlərə
açıqlamasında bildirib ki, Ukrayna məsələsinə ABŞ daha intensiv
cəlb olunub.
O, bunu belə əsaslandırıb ki, media, xüsusən də CNN hər gün daha
çox Ukrayna, əsasən də Krımla bağlı məlumatlar yayıb və amerikalı
siyasətçilərin diqqətini bu məsələyə cəlb etmək mümkün olub.
K. Smit deyib ki, ABŞ Dağlıq Qarabağ məsələsində yalnız Minsk
qrupunu dəstəkləmək barədə öhdəlik götürüb: “Baxmayaraq ki, bu
qrupun fəaliyyəti uğursuz oldu”.
Senator ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını da
çatdırıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Vaşinqtonda bir çox siyasətçinin, o cümlədən mənim dərin
narahatlığıma səbəb olan məsələdir. Minsk qrupunun fəaliyyəti
nəticəsində münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə
olunmayıb, bu faktdır. Ona görə də münaqişə tərəfləri bir araya
gələrək müzakirələri davam etdirməlidir. Bu vacibdir”.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO