Nida.az
Azərbaycan Türkiyəyə nota verdi - qalmaqal
Azərbaycanın Türkiyədəki səfirliyi diplomatımızın türk polisi tərəfindən döyülməsi barədə yayılan xəbərlərə rəsmi cavab verib.
Publika.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq səfirlik bildirib ki, Türkiyənin paytaxtı Ankarada üç ay öncə – martın 29-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin diplomatı, Səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobil vasitəsilə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq, polislər tərəfindən kobud sürətdə saxlanılıb.
“Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunub.
Məsələ ilə bağlı həmin gün Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Hər iki proses hal-hazırda davam etməkdədir.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi
məsələni yaxından izləməkdədir”,– deyə səfirlikdən bildirilib.
Asif
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?