Nida.az
"Azərbaycan iqtisadi inkişaf edən, Avropanın etibarlı tərəfdaş olan stabil ölkədir"
Bu gün Azərbaycan iqtisadi inkişaf edən, Avropanın digər
dövlətlərinin böyük dostu və etbarlı tərəfdaş olan stabil
ölkədir.
Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament
Assambleyasının ( AŞPA ) qış sessiyasının ilk günü qurumun
Bürosunun və Daimi komitəsinin fəaliyyəti müzakirəsi zamanı
çıxışında Azərbaycanın nümayəndə heyətinin sədri Səməd Seyidov
deyib.
Qeyd edək ki, AŞPA-nın keçmiş sədri Jan-Klod Minyon (Jean-Claude
Mignon) Büronun və Daimi komitənin fəaliyyəti ilə bağlı məruzə ilə
çıxış edib.
Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu
ilə həlli istiqamətində AŞ PA-nın keçmiş sədri Jan-Klod Minyonun
göstərdiyi təşəbbüsü yüksək qiymətləndirmiş, onun təşəbbüsü
sayəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında
dialoqun bərpa edildiyini qeyd edib.
Azərbaycanda keçirilən prezident seçkilərinin artıq müzakirə
olunduğunu və AŞ PA-nın əksəriyyəti tərəfindən bəyənildiyini
vurğulayan Səməd Seyidov qurumun seçki ilə bağlı ümumi qərarına
hörmət edilməsinin vacibliyini bildirib.
"Əgər irəliləyə doğru hərəkət etmək istəyiriksə, Azərbaycanda
seçkilərin demokratik keçməsi faktına göz yummamalıyıq. Bu gün
Azərbaycan iqtisadi inkişaf edən, Avropanın digər dövlətlərinin
böyük dostu və etbarlı tərəfdaş olan stabil ölkədir. Azərbaycandakı
demokratiya ilə AŞ PA deputatlarının bəziləri razılaşmaya bilər.
Amma buna baxmayaraq hamımız artıq qəbul olunan qərara hörmətlə
yanaşmalıyıq. Azərbaycanı tənqid etmək istəyənlər yaddan
çıxarmamalıdırlar ki, hətta bu gün belə davam edən münaqişəyə
zəminində ölkəmizdə günahsız uşaqlar və qadınlar qətlə yetirilir.
Baxın, bu vəziyyətdə biz demokratiya qururuq. Bir milyondan artıq
qaçqın və məcburi köçkününlərimizlə biz öz problemlərimizi həll
etməyə səy göstəririk"- deyə Seyidov çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, Səməd Seyidov bu gün AŞ PA-nın qış plenar
sessiyasında yenidən qurumun vitse-prezidenti seçilib. Prosedura
görə, qış sessiyasında AŞ PA prezidenti ilə yanaşı,
vitse-prezidentlər də seçilib. /Trend/
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi