Bu qurum 100-ə yaxın əməkdaşını İŞDƏN ÇIXARDI
Bizi izləyin

Nida.az

Bu qurum 100-ə yaxın əməkdaşını İŞDƏN ÇIXARDI

"İl yarım ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

Publika.az xəbər verir ki, bunu agentliyin sədri Qorxmaz Təhməzli deyib.

Onun sözlərinə görə, həmin şəxslər AQTA fəaliyyətə başladığı gündən bu vaxta qədər işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunublar: "Neqativ hallarla bağlı Agentlik Baş Prokurorluğa müraciət edib. Üç əməkdaşımız isə qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm