Nida.az
“Stratfor”dan şok Qarabağ proqnozu: “Yaxın Şərqdən sonra...”
ABŞ-ın nüfuzlu beyin mərkəzi “Stratfor” Dağlıq Qarabağ münaqişəsində hazırki vəziyyət və həll yollarına dair məqalə ilə çıxış edib.
Publika.az xəbər verir ki, mərkəz Ermənistan və Azərbaycanın onilliklər ərzində müzakirə apardığı Dağlıq Qarabağ münaqişəsi üzrə son aylar diplomatik partlayışın müşahidə olunduğunu bildirir. Bunun fonunda Rusiya Qafqazda güclənmək üçün Azərbaycana problemin həllini vəd edir.
Rusiya və Qərb Ukrayna üzərində qarşı-qarşıya gəlincə, tərəflərin
Qafqazda güc balansını xeyrinə dəyişmək üçün hərəkətə keçməsi
müşahidə olunur. Gürcüstan daha çox Qərbə meyllənir. Azərbaycansa
tərəflər arasında balansı saxlamağa çalışır. Ermənistanın Qarabağ
üzərindən yaratdığı gərginlik Bakının seçim aspektində rol
oynayır.
Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşan mərkəz qeyd edir ki,
1994-cü ildə bağlanan atəşkəsdən sonra ATƏT dövriyyəyə çıxdı.
Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə münaqişənin həlli
istiqamətində addımlar atılsa da, 20 ildir nəticə yoxdur.
Buna səbəb nədir?
Səbəb ilk növbədə regional güclərin münaqişəyə təsiridir. Rusiya,
Türkiyə və İran. Bu üç ölkə əsrlər boyu Qafqazda rəqabət aparıblar
və bu, indi də davam etməkdədir. Onların bir-biri ilə rəqabətində
Qarabağ əhəmiyyətli faktordur. Hazırda türkiyə Azərbaycan Silahlı
Qüvvələrinin formalaşmasında əsas rol oynayır, Rusiya və İran hər
iki tərəf silah dəstəyi verir, lakin bu dəstəyi daha çox Ermənistan
hiss edir.
Münaqişənin sülh danışıqlarında əsas rolu Rusiya oynasa da,
Vaşinqton da oyuna girdi. O vaxt Kreml və Ağ ev arasında
münasibətlər isti idi. 1997-ci ildə Ermənistanın eks-prezidenti
Levon Ter-Petrosyan münaqişənin həllinə həqiqətən də yaxın idi.
Lakin bu onun istefası ilə nəticələndi. Növbəti 12 ildə təmas
xəttində atəşkəs zaman-zaman pozulsa da, danışıqlar üçün razılıq da
genişləndi. Lakin hər şey 2009-cu ildə- Türkiyənin Ermənistanla
münasibətləri normallaşdırmaq istəyi ortaya çıxana qədər davam
etdi. Bu, Bakı və Ankara arasında münasibətləri gərginləşdirdi və
hər şeyi Moskvanın xeyrinə işləyirdi. Həmçinin, Ermənistanla
əlaqələr yaratmaq istəyən Ankaranın münasibətləri Moskva ilə da
istiləşdi. Buna paralel olaraq İran Bakının İsraillə
yaxınlaşmasından qıcıqlanaraq İrəvanla təmasları genişləndirdi.
Sonradan Bakı ilə münasibətlər müəyyən mənada duruldu. Amma hazırda
Rusiyanın Ermənistana dəstəyi münaqişənin davam etməsində əsas
faktor kimi çıxış edir. Rusiya həmin ərəfədə Gürcüstan üçün Cənubi
Osetiya və Abaxaziya problemini də yaradaraq Cənubi Qafqazı özündən
asılı vəziyyətə saldı. Eynilə Qarabağ kimi.
Münaqişənin gələcəyi
Demək olmaz ki, Qarabağ münaqişəsindəki vəziyyət həmişəlik davam
edəcək. Tarix göstərdi ki, Rusiyanın zəiflədiyi dövrlərdə
münaqişənin həllinə yaxınlaşmaq mümkündür. Bu aspektdə hesab etmək
olar ki, Rusiya Ukrayna böhranından sonra vəziyyət çətinləşib. Amma
baxmayaraq ki, Rusiya müdafiədədir, Moskva siyasi və iqtisadi
gücünü saxlayır və enerji rıçaqlarını işə salıb. Digər tərəfdən
Ukrayna, Moldova və Gürcüstanı itirsə də, sovet həlqəsində Belarus,
Qazaxıstan və Ermənistan da daxil olmaqla şəbəkəyə malikdir.
Hazırda Rusiya üçün “Cənub axını” layihəsində Avropanı boğmaq üçün
Azərbaycan lazımdır və bu prosesdə Qarabağ münaqişəsindən lazımınca
istifadə edilir.
Vaşinqton nə etməli?
Moskvanın Qarabağa münaqişəsində mövqeyinin dəyişməsi və nəticədə
həlli Rusiyanın zəifləməsi demək olardı. Bu baxımdan, Kremlin sadiq
müttəfiqi Ermənistana üz çevirəcəyi az ehtimal olunur. Lakin Bakını
itirməmək üçün müəyyən cəhdlər gözə dəyir.
Burda Türkiyə amilini gözdən çıxarmaq lazım deyil. Belə ki, Ankaranın Ermənistanla yaxınlaşmaq cəhdlərinə baxmayaraq Bakının qeyri-rəsmi müttəfiqliyi davam edir. Türkiyənin mövqeyi Rusiya qədər güclü olmasa da, ABŞ-n dəstəyi regional dinamikanı dəyişdirə bilər. Bunun fonunda Türkiyə ilə yaxın olan Bakıya da Amerikadan dəstək gəlir. Qarabağ münaqişəsində Amerika ən azından siyasi mövqe nümayiş etdirir.
Oxşar venada davam edən proseslər ABŞ-la İran arasındadır. Son vaxtlar irana sanksiyaların yumşalması Tehranın sərtliyini azaldır. Tehranla Vaşinqton arasında münasibətlər yaxşılaşarsa, bu, Qarabağ probleminə də təsir edəcək. Təbii ki, hazırda gözlər Yaxın Şərqə dikilib. Yaxın Şərqdən sonra potensial siyasi mübarizə məhz Qafqazda ola bilər ki, burda əsas məqam Qarabağ münaqişəsidir.
Asif Nərimanlı
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...