Nida.az
“Ermənistana gedib son dərəcə vacib hərbi məlumatlar əldə etdim” - Tanınmış hərbi ekspertdən şok açıqlama
Hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin ona qarşı təzyiqlər etdiyini iddia edib. Publika.Az xəbər verir ki, Ü. Cəfərov “Facebook” səhifəsində yazıb ki, ötən ilin oktyabrından Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilən general-polkovnik Zakir Həsənovun son vaxtlar ..qəbul etdiyi xeyli sayda əmr və qərarların mətbuatda davamlı müzakirəsi Müdafiə Nazirliyinin rəhbərliyini, həmçinin digər yüksək səviyyəli şəxsləri hiddətləndirib.
O, iddia edib ki, Müdafiə Nazirliyində olan yüksək rütbəli şəxslər ona və ailəsinə qarşı təzyiqlər edirlər: “... Və tam ciddi demək istəyirəm ki, əgər mənim övladımla, özümlə, ümumiyyətlə yaxın çevrəmlə bağlı hər hansı qanundan kənar hərəkətlərə yol verəcəksinizsə, bunun 3 qat bədəlinin ödəməli olacaqsınız. İndiyə kimi dəfələrlə məni haqqı-ədaləti müdafiə etdiyimə, heç nədən çəkinmədən sözümü deməyimə və yazdığıma görə şərləmək, qondarma cinayət işləri, məhkəmə çəkişmələri açmaq, 2007-ci ilin aprelində həyatıma sui-qəsd etmək, daha sonra şəxsi avtomobilimi yandırmaq və digər yaramazlıqlara əl atılıb. Gördüyünüz kimi bütün hədə-qorxulara, şantajlara , qanunsuzluqlara baxmayaraq məni əqidəmdən və tutduğum yoldan heç nə və heç kim çəkindirə bilməyib.
2001-ci ildə mən Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti
ola-ola Ermənistana, işğal olunmuş ərazilərimizə çox vacib bir
səfərə gedib, dövlətim və xalqım üçün son dərəcə vacib olan hərbi
məlumatları da əldə etdim. Bu işlərin canlı şahidləri də var. Həm
də Qarabağ savaşının birbaşa iştrakçısı olmuşam. Yəni, ölümün
içərisinə girib çıxmış adamam. Burdan adlarını çəkdiyim və
çəkmədiyim şəxslərə müraciət edirəm. Yığışdırın özünüzü”.
Hərbi ekspert qeyd edib ki, ona qarşı gəlmək əvəzinə Azərbaycanı
parçalayan qüvvələrə, çevrələrə, ən əsası isə düşmənə qarşı getmək
lazımdır.
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ