Erməni təxribatının qarşısı alınacaq
Bizi izləyin

Nida.az

Erməni təxribatının qarşısı alınacaq

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanla Ermənistanın dil tapıb razılıq əldə edəcəyinə əmin olduğunu söyləyib. Müsavat.com-un gürcü informasiya portalına istinadən verdiyi xəbərə görə, Gürcüstan dövlətinin başçısı Qarabağ cəbhəsindəki son durumdan narahat olduğunu deyib.

“Gürcüstan hakimiyyəti bizim iki qardaş dövlətimiz arasında yaranan situasiyadan narahatdır. Mən regionda gərginliyinin azaldılmasına edilən çağırışlara qoşulmaq istəyirəm. Bu, həm Ermənistan, həm Azərbaycan, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır. Bölgədə sabitlik hamımız üçün vacibdir. İki ölkə arasında dialoq davam etməlidir və mən əminəm ki, onlar ümumi dil tapacaqlar”, - deyə Marqvelaşvili qeyd edib.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm