Nida.az
YAP-çı gənclərdən ABŞ-a etiraz
YAP Gənclər Birliyi Los-Anceles Şəhər Şurasının Qondarma Dağlıq
Qarabağ Respublikasında yaradılmış Arsax Respublikasını tanımasına
etiraz edib. YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan
Publika.Az -a bildirib ki, bu qərara etiraz
olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri
Los-Anceles Şəhər Şurasının 15 üzvünün hər birinin email ünvanına
yüzlərlə Qarabağ həqiqətlərindən, erməni cinayətlərindən bəhs edən
linklər, mətnlər və şəkillər göndərib.
“Bu gün başladılan bu email aksiyada beş yüzdən artıq YAP Gənclər Birliyinin üzvləri iştirak edib. Bu kampaniyanı müntəzəm şəkildə davam etdirəcəyik. Bu Azərbaycana qarşı ədalətsizlikdir. Los-Anceles Şəhər Şurasının üzvü olan erməni əsilli Paul Qreqorianın səyi nəticəsində verilən bu qərardan təəssüf hissi keçiririk”-deyə bildirib.
Qeyd edək ki,ABŞ-ın Kaliforniya Ştatının Los Anceles şəhər şurası digər dövlətləri də Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa səsləyib. Ondan əvvəl isə
Kaliforniya ştatında erməni soyqırımının 7-12-ci siniflər
arasındakı dərsliklərə salınması qəbul olunmuşdu.
Asif
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı