“Qarabağ ətrafındakı beş rayon Azərbaycana qaytarılır” – Şok iddia
Bizi izləyin

Nida.az

“Qarabağ ətrafındakı beş rayon Azərbaycana qaytarılır” – Şok iddia

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə görüşü baş tuta bilər. Rusiya prezidentinin azərbaycanlı və erməni həmkarları ilə görüşəcəyi isə dəqiqdir.

Görüş ərəfəsində cəbhədəki vəziyyət isə kritik olaraq qalır. Müxtəlif ölkələrdən olan ekspertlər yeni müharibənin başlanma ehtimalını yüksək qiymətləndirirlər.

Publika.az-xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri cəbhədəki gərginlik fonunda prezidentlərin mümkün görüşünü şərh edib.

Nəşr yazır ki, snayper atəşləri dayanmır, tərəflər mütəmadi olaraq aviasiya gücünü nümayiş etdirir. Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şahin Rzayev prezidentlərin görüşünü şərh edərkən deyib ki, tərəflər arasında yeni razılaşma hazırlana bilər: “İlin sonuna, yaxud da gələn ilin əvvəlinə kimi prezidentlərin danışıqlarında sıçrayış gözləməyə dəyər. Bu sıçrayış ərəfəsində tərəflərin hər biri öz mövqeyini gücləndirməyə çalışır”.

Onun fikrincə, prezidentlərin görüşündə müzakirəyə çıxarılacaq sənəd, demək olar ki, hazırdır.
“Tərəflərin hər biri əlverişli mövqe tutmağa çalışır ki, danışıqlarda verəcəkləri qurban daha ağrısız olsun. Əgər yayılan informasiyalara inansaq, o zaman Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana qaytarılır. İki rayonun taleyi isə həll olunmamış qalır”,- deyə o bildirib.

“Nezavisimaya qazeta” nəşri hesab edir ki, əgər prezidentlər Soçidə münaqişənin həlli üzrə hansısa praktiki hərəkətlərə nail olmasalar, o zaman təmas xəttindəki gərginliyin artması qaçılmaz olacaq. Nəşr qeyd edir ki, hər iki tərəfdə ümumi ab-hava müharibəyə köklənib. “Müharibənin başlanması üçün ümumi şərait yetişib. Əgər Soçi görüşü vəziyyəti yumşaltmasa, müharibə başlaya bilər. Bu gözləniləndir”, - nəşr qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm