Nida.az
“Milli Şuraya sədr seçilməsi onun xidmətlərinə verilən qiymət idi” – YAP-çı millət vəkili
“Məmməd Əmin Rəsulzadə XX əsrin əvvəlində Azərbaycanda milli
fikrin oyanmasında, müstəqillik ideyalarının yayılmasında
xidmətləri olan görkəmli ziyalılardan biridir. Onun siyasi
fəaliyyəti, mətbuatda analitik yazıları azərbaycançılığın
formalaşmasında əhəmiyyətli rol oynayıbdır. O dövrün görkəmli
ictimai-siyasi xadimləri, nüfuzlu insanları ilə birlikdə o xalqın
inkişaf yolunu daima axtarıb”.
Publika.Az xəbər verir ki, bu barədə YAP Siyasi
Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycan Xalq
Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi
mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan
olmasının 130 ilinin tamam olması ilə bağlı deyib. Millət vəkili
qeyd edib ki, onun Azərbaycan sevər ziyalılarla birgə fəaliyyəti
çətin 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan
edilməsinə və dövlətçiliyin möhkəmlənməsinə gətirib çıxarıb: “Onun
ilk Milli Şuraya sədr seçilməsi də onun xidmətlərinə verilən qiymət
idi. Sonradan rəsmi hakimiyyətdə olmasa da Rəsulzadə ADR-də söz
sahibi olan şəxslərdən idi və quruculuğa öz töhfəsini verirdi.
ADR-in süqutundan sonra onun mühacirətdə müstəqil Azərbaycan
ideyalarının qoruyub saxlaması uğrunda mübarizə aparması indiki
nəsillər tərəfindən unudulmur”.
22 noyabr 2013-cü ildə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncama toxunanan A. Mirzəzadə bildirib ki, bu sərəncamda Prezident Rəsulzadəni “xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim” adlıandırıb.
“Bu sərəncamla Rəsulzadənin 130 illiyinin keçirilməsini təmin
etmək məqsədilə, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli
Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla
birlikdə Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirməsi həvalə edilib”-deyə o diqqətə
çatdırıb.
Asif
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO