Nida.az
Ssenari işə düşdü: Əli Kərimlisiz birlik
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında baş tutan görüşdə Milli Şura rəhbərliyinin iştirak etməməsi diqqət çəkib.
Publika.az xəbər verir ki, toplantıda KXCP sədri Mirmahmud Mirəlioğlu, İ.Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, istiqlalçı deputat Hacıbaba Əzimov, Milli Şura üzvü Mehriban Vəzir iştirak edib.
AXCP sədri Əli Kərimli və “El” Hərəkatının sədri Eldar Namazov isə tədbirə qatılmayıb.
Mitinqlər olacaq
Müsavat başqanı İsa Qəmbər çıxışında mitinqlərin keçirilməsini
təklif edib. Artıq yay fəslinin başa çatdığını deyən başqan
aksiyalara ciddi hazırlaşmağın lazım olduğunu bildirib. Müsavat
başqanı deyib ki, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə birlikdə
siyasi partiyaları fəallaşdırmaq istəyirlər.
“Özümüz birlik yaradıb, özümüz də dağıdırıq”
Tədbirdə iştirak edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü
Hacıbaba Əzimov isə müxalifətin durumundan danışaraq, yaradılan
birliklərin dağılmasına toxunub. “Özümüz birlik yaradıb, özümüz də
dağıdırıq. Nə qədər ki yaratdığımız birlikləri özümüz dağıdacağıq,
nə isə əldə edə bilməyəcəyik, - deyə o bildirib. H.Əzimov qeyd edib
ki, bu cür tədbirlərin keçirilməsini dəstəkləyir.
İsa Qəmbərin ssenarisi
Qeyd edək ki, ekspertlər bu toplantını İ.Qəmbərin yeni ssenarisi olduğunu düşünürlər. Belə ki, Müsavat başqanı Milli Şura ilə münasibətləri gərgin olan KXCP-nin ələ alınması üzrə işlərə başlanılıb. Hansı ki, bu həm də 2015-ci il öncəsi yaradılması ehtimal olunan yeni birliyin ilk təməlləridir.
Asif
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO