Nida.az
Erməni diversant Karen Petrosyan özünə qəsd edib – Şok iddia
Bir neçə gün öncə Tovuz rayonu ərazisindən Azərbaycan sərhədini
keçən və sonradan qəfil dünyasını dəyişən erməni diversant Karen
Petrosyan özünə qəsd edib.
Publika.az-a açıqlamasında bu barədə sabiq baş prokuror İxtiyar Şirinov deyib.
Sabiq baş prokuror bildirib ki, bu şəxs peşəkar bir diversant
kimi tutulduğu zaman onun necə hərəkət edəcəyi, yəni özünü
öldürməsi barədə verilmiş təlimatı yerinə yetirib: “Bu səbəbdən də
o, özünə qəsd edib. Burada başqa bir səbəb axtarmağa ehtiyac
yoxdur. Təəssüf etmək lazımdır ki, düşmən diversantının özünü
öldürməsinə imkan verilib. Bu təxribatçı bizim əks-kəşfiyyata diri
lazım idi. Əgər onu öldürmək fikri olsaydı, tutulması, hərbi
hissəyə gətirilməsi və korpus komandirinin qarşısında dindirilməsi
barədə video çəkiliş televiziya kanallarında göstərilməzdi.
Azərbaycanın Silahlı Qüvvələri və əks-kəşfiyyatı hər zaman əsir
götürülən düşmən əsgərlərinin və mülki şəxslərin sağ-salamat
saxlanmasını təmin edib. Erməni tərəfi öz xislətinə uyğun olaraq
yenə də hay-küy salacaq. Bütün bunlara baxmayaraq, diversantın
meyiti lazımi qaydalara uyğun olaraq dəfn edilməli, bu barədə
Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilməlidir”.
İ. Şirinov qeyd edib ki, mətbuatda bu diversantı yanlış olaraq
kəşfiyyatçı adlandırırlar.
“Bu, doğru deyildir. Diversantın qarşısına qoyulan vəzifə ilə
kəşfiyyatçının qarşısına qoyulan vəzifə bir-birindən çox fərqlidir.
Onu kəşfiyyatçı adlandırdıqda törədəcəyi təxribatların miqyası
azaldılır. Diversantla kəşfiyyatçının statusları da fərqlidir.
Diversant terrorçunun bir başqa adıdır”, - deyə sabiq baş prokuror
bildirib.
Qeyd edək ki, avqustun 7-də Tovuz rayonu ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini Karen Petrosyan isə ələ keçirilib.
Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü K.Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.
Asif
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO