Nida.az
Şok iddia: “Kəsdikləri başlarla futbol oynayırlar”
“Bildiyimizə görə, azərbaycanlıları özlərini "sələfi" adlandıran vəhhabilər Suriyaya aparırlar. Bunu təbliğ edir, kimini pulla, kimini də başqa yollarla bu işə cəlb edirlər”.
Bu barədə Azərbaycan İslam Partiyasının (AİP) sədri Elçin Manafov Publika.Az –a açıqlamasında deyib. Onun sözlərinə görə, bunu edənlər ən çox Sumqayıt və Müşfiqabadda toplaşıblar. Partiya sədri bildirib ki, son vaxtlar onlar hər yerdə çoxalıblar, məskən salıblar.
E. Manafov QMİ sədri Allahşükür Paşazadəni dəstəkləyib.“
Şeyxülislamın bununla bağlı birbaşa çıxışı və dedikləri yerinə
düşdü. Çoxdan lazım idi ki, hansısa tədbirlər görülsün. Biz bunu
gözləyirdik, düşünürdük ki, dövlət səviyyəsində buna reaksiya
veriləcək. Yaxşı oldu ki, şeyx məsələni gündəmə gətirdi və danışdı.
Çünki Suriyaya gedənlər Qarabağda döyüşməlidirlər. Amma onları
aldadıb aparırlar”-deyə o, vurğulayıb.
AİP sədri heç bir məscidin bağlanmasının istəmir, lakin radikallığı
təbliğ edənlər bütün məscidlərdə məhdudiyyətlər qoyulmasını
istəyir.
E. Manafov olduqca maraqlı iddia ilə çıxış edib. Bildirib ki,
Suriyaya gedən azərbaycanlılar islamçılar deyil, onlara müsəlman
adı vermək olmaz: “Onların orda nə etdiyini izləyirik. Bu nəinki
müsəlmana, heç insana yaraşan əməllər deyil. Vətənimiz uğrunda
mübarizə aparmaqdansa, vəhşilərə qoşulub zülmə dəstək verirlər.
Gedib Suriyada başları kəsib, sonra da kəsdikləri başlarla futbol
oynayırlar. Uşaqlara, hamilə qadınlara rəhm etmirlər. Bunu öz
gözlərimlə yayılan kadrlardan izləmişəm. Bu insanlara nəinki
islamçı, dindar, heç insan adı yaraşmır”.
Asif
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO