Nida.az
Soçi: Moskvanın dominantlığı, yoxsa Qərbin tələsi?
“Soçi görüşü Qarabağ probleminin nizama salınmasında növbəti mərhələ idi. Əgər proses bir dövlətin hökmranlığı ilə həyata keçiriləcəksə, o zaman Soçidən sonra əldə olunan cəbhədəki sakitlik uzun sürməyəcək”.
Publika.az bu barədə erməni politoloq Ovanes Mandakyan Soçi görüşünün nəticələri ilə bağlı məqaləsində bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya Minsk qrupunu küncə sıxışdırır
və təşəbbüsü ələ alır: “Bu, Qafqaz üzərində təsir dairəsini daha da
genişləndirir. Moskva hazırda Qarabağdan Qərbə qarşı şantaj kimi
istifadə edir. Amma burada bir məqam var. Soçi Rusiya üçün öz
gücünü nümayiş etdirmək üçün fürsət olmaqla yanaşı, Kreml üçün
Qərbin bir tələsi də ola bilər. Bunu gələcək göstərəcək”.
Erməni politoloqu iddia edib ki, cəbhədəki sakitlik tufandan öncəki sakitliyə bənzəyir. “Minsk qrupu dekorasiya kimi görünür, Rusiya hər şeyə müdaxilə etməyə başlayıb. Amma güman ki, Soçidən sonra cəbhədə yaranmış sakitlik müvəqqətidir. Bu, daha çox tufandan öncəki sakitliyə bənzəyir”, - deyə müəllif yazıb.
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ