Nida.az
“Kaset şantajı İbrahim İbrahimliyə qarşı olub” – Şok açıqlama
1990-cı illərdə kaset şantajı Müsavat Divanının üzvü İbrahim İbrahimliyə qarşı olub.
Publika.az-a açıqlamasında bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ümid Partiyasının sədri İqbal Ağazadənin gündəmə gətirdiyi kaset qalmaqalı barədə danışarkən deyib.
Qeyd edək ki, İ. Ağazadə “Yeni Müsavat”a müsahibəsində 1993-cü ildə
tanınmış bir müxalifət liderinin digər bir müxalifət liderini
kasetlə şantaj etdiyini bildirib. Onun sözlərinə görə, şantaj
qadınla danışığın lentə alınması ilə edilmişdi. Lakin o, həmin
şəxsin kim olduğunu açıqlamayıb.
S. Cəlaloğlu da şantajı edən şəxsi açıqlamaqdan imtina edib.
“Onu İqbal bəy açıqlasın. Mən sadəcə kimə qarşı olduğunu dedim. Bu,
İbrahim İbrahimli idi. O, həmin vaxt AXC-yə sədrlik edirdi. Onu
düşünülmüş şəkildə şantaj etdilər. İbrahim İbrahimli bundan sonra
özü könüllü olaraq sədrlikdən getdi”, - deyə ADP sədri qeyd
edib.
İbrahim İbrahimli isə məsələ ilə bağlı danışmaqdan imtina edib.
Qeyd edək ki, müxalifət düşərgəsində şantajı edən şəxsin AXCP sədri
Əli Kərimli olduğu iddia olunur.
Asif Nərimanlı
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO