Nida.az
Millət vəkili: “Onları gec-tez öz agentlərinə çevirirlər”
“Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salıb. Arxasında faşizm dayanan bu siyasəti ört-basdır etmək üçün Ermənistan özünü doğrultmuş “xalq diplomatiyası” siyasətini süni şəkildə davam etdirir”.
Publika.az-a açıqlamasında bu sözləri Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bir sıra QHT-lərin “xalq diplomatiyası” adı altında erməni xüsusi xidmət orqanları ilə əlaqələr yaratdığına dair açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, xaricdə müəyyən fondlar vasitəsilə
Azərbaycanda səbatsız, vətənpərvərlikdən uzaq olan insanlar “xalq
diplomatiyası” adı altında Ermənistana tədbirlərə dəvət olunur,
müxtəlif layihələrdə iştirak edirlər: “Beləliklə də, onları gec-tez
özlərinin agentinə çevirirlər. Təsadüfi deyil ki, həmin insanlar
ictimai fəaliyyətlərində Azərbaycanın milli maraqlarına zidd
hərəkət edir, beynəlxalq ictimaiyyətə ölkəmiz haqda yalan yazır,
qeyri-demokratik imic yaratmağa çalışırlar. Onların iddiaları ilə
erməni təbliğat maşını, Xarici İşlər Nazirliyi və silahlı
qüvvələrinin iddiaları yüzdə-yüz üst-üstə düşür. Yüz minlərlə avro
da bu insanların hesabına əbəs yerə köçürülmür. Əvvəllər bu
insanların fəaliyyəti barədə cəmiyyətdə, eləcə də dövlət
orqanlarında suallar yaranırdı. Lakin onlar bu suallara cavab
vermir, pulların mənbəyini açıqlamaqdan boyun qaçırırlar. Ən əsası
isə, onlara verilən sualları insan haqlarının pozulması kimi təqdim
edirdilər. Lakin aparılan tədqiqatın nəticəsində bütün bu hay-küyün
səbəbi bilindi və məlum oldu ki, bütün bunların xalq
diplomatiyasına aidiyyəti yoxdur”.
A.Mirzəzadə qeyd edib ki, “xalq diplomatiyası”nda hər iki tərəfin statusu eyni olmalıdır.
“İkinci Dünya müharibəsində Almaniya ilə işğal etdiyi ölkələr
arasında “xalq diplomatiyası” baş vermişdimi? Xeyr. İndi Azərbaycan
torpağını işğal edən Ermənistanla hansısa diplomatiyadan danışmaq
doğru deyil. “Xalq diplomatiyası”nı əllərində əsas tutaraq erməni
xüsusi orqanlarına məlumatlar ötürürlər. Hətta son dövrlər sosial
şəbəkələrdə, erməni mediasında ermənilər tərəfindən saxlanılan QHT
rəhbərləri müdafiə olunur, Azərbaycan təhqir edilir. Buradan
açıq-aydın görünür ki, erməni tərəfi öz agentlərini müdafiə edir.
Lakin hər kəs bilməlidir ki, Azərbaycan dövləti özünün milli
maraqlarını heç nəyə qurban verməyəcək”, - deyə millət vəkili qeyd
edib.
Asif Nərimanlı
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı