Nida.az
Rusiya nəşri: “Bakının hərbi xərcləri minimum iki dəfə artacaq”
Dünən Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşdü. Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı İsmət Yılmaz və gürcü həmkarı İrakli Alasani ilə hərbi vəziyyətlər zamanı rabitə infrastrukturunun təşkili məsələsini müzakirə edib.
Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri bu görüşlə, eləcə də Azərbaycanın silahlanması ilə bağlı xüsusi material hazırlayıb.
Nəşr qeyd edir ki, hər üç ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığın inkişafı daha çox regional təhlükəsizlik sistemini gücləndirəcək: “Xüsusilə Yaxın Şərqdəki münaqişələrin güclənməsi və Cənubi Qafqazın stabilliyini pozan amillərin mövcudluğu Bakı, Tiflis və Ankaranı regional təhlükəsizliyin təminatı üçün səylərini birləşdirməyə məcbur edir. Bu həm də hər üç ölkənin iqtisadi sahədə rahat əməkdaşlığını təmin etməyə də hədəflənib. Azərbaycan, Türkiyə və Gürcüstan öz ordularının güclənməsinə xüsusi diqqət ayırırlar”.
“Nezavisimaya qazeta” London Strateji Tədqiqatlar üzrə beynəlxalq institutunun “Hərbi Balans-2014” hesabatını xatırladır: “Hesabatda bildirilir ki, Bakının hərbi xərcləri minimum iki dəfə artacaq. Hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, Azərbaycanın müdafiə xərcləri 2012-ci ildə 3 milyard, 2013-cü ildə 3,7 milyard dollar təşkil edib. 2014-cü ildə dövlət büdcəsinin 14,7 faizi orduya ayrılacaq. Bu da əvvəlki illərə nisbətən yüksəkdir. Bakı bu vəsaitləri ordunun yenidən silahlandırılmasına xərcləyir. Belə ki, 2012-ci ildə hərbi texnika Ukraynadan alınırdısa, 2013-cü ildən başlayaraq Rusiya silahlarının da alınmasına başlanılıb. Məlumatlara görə, Rusiyadan alınacaq silah partiyalarının təxmini qiyməti 4 milyard dollardır”.
Rusiya nəşri bildirir ki, artıq müasir döyüş vertolyotları və
tankların ardınca “Luçnikami” zenit-raket kompleksinin alınması
üzrə danışıqlar gedir: “Köhnəlmiş zenit-raket komplekslərini bu
silahlar əvəz edəcək.
Hərbi mənbələrin məlumatına görə, bu barədə “Oboronekspo-2014”
sərgisində Rusiya nümayəndəsi Georgi Kuziyin deyib. Onun sözlərinə
görə, sözügedən texnika artıq hazırdır. Bu texnika istənilən
şəraitdə atış aça bilir, maneələri asanlıqla dəf edir. Silah dörd
hədəfə eyni anda zərbə endirmək qabiliyyətinə malikdir”.
“Nezavisimaya qazeta”nın məlumata görə, bu zenit-raket
kompleksinə Azərbaycanla yanaşı, Qazaxıstan və Türkmənistan da
maraq göstərir. Nəşr qeyd edir ki, bunlarla yanaşı, Azərbaycanın
özü də silah istehsalına başlayıb. Hazırda 700 adda hərbi məhsul
istehsal olunur.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq