Nida.az
İŞİD-in hədəfindəki şahbekilər: Azərbaycanlılara qarşı etnik QIRĞIN
Şimali İraqda İŞİD terrorundan qaçan etnik qruplar arasında şebeklər də var. Hazırda bölgədə 1 milyondan çox şebek toplu olaraq yaşayır. İŞİD-in hücumundan sonra, beynəlxalq ictimaiyyət yezidilərin faciəsini qabartsa da, eyni taleyi türkmanlar, kakailər, eləcə də şebeklər də yaşamaqdadır.
Publika.az-ın şebeklərlə bağlı araşdırmasında maraqlı faktlar ortaya çıxıb.
Şebek deyilən bu etnik qrupun Azərbaycan əsilli olduğu deyilir. Onlara şahbeki də deyilir. YUNESKO bu etnik qrupu ayrıca qəbul edir. Şebeklər iki dildə - Azərbaycan və kürd dilində danışırlar. Həmçinin, sorani və kəlxuri dilləri də onlara yaxındır.
Araşdırmalara görə, şebeklər əslində şahsevənlərdir. Onlara
şahbeki deyilməsi də buradan qaynaqlanır. Bəzi məlumatlara görə,
onlar səfəvi dövründə azəriləşmiş kürdlərdir. Lakin bəzi məlumatlar
bunun əksini deyir. Belə ki, səfəvilər Şərqi Anadolu və Şimali
İraqdan çəkiləndən sonra bu ərazilər Osmanlı dövləti tərəfindən
Kürdüstan bəyliyinə verilib və bundan sonra kürdləşməyə məruz
qalıblar. Digər iddialara görə, bu etnos azərbaycanlılarla kürdlər
arasında keçid qrup kimi qəbul edilir.
Lakin şebeklər indiyə qədər Azərbaycan dilini qoruyub
saxlayıblar. Türkiyənin “Aksion” qəzeti iddia edir ki, bölgədə İŞİD
müdaxiləsi əvvəldən hazırlanan demoqrafik dəyişikliyə xidmət edən
plandır. Belə ki, bölgədə türkmanların, ərəblərin, həmçinin
şebeklərin köçürülməsi ilə kürdlərin etnik dominantlığı təmin
ediləcək.
Asif
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO