Nida.az
Elmar Məmmədyarov ABŞ nümayəndəsini qəbul etdi
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Nəqliyyat komandanlığının rəhbəri general Paul Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri əməliyyatına verdiyi töhfələri yüksək qiymətləndirilib.
Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas, etibarlı və
təhlükəsiz tranzit marşrutlarından biri olaraq, ikitərəfli və
çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində Azərbaycanın
NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi
dəstəkdən məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq, Azərbaycanın
Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımı tranzit
dəstək göstərəcəyini qeyd edərək, yekunlaşdırılmaqda olan
Bakı-Tbilisi-Qars dəmir-yolu xətti və yeni Ələt dəniz limanının
ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını
deyib.
General Paul Selva əməkdaşlığa və göstərdiyi dəstəyə görə
Azərbaycana təşəkkür edərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin
və inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar
doğurduğunu və xüsusilə kommersiya və ticarət baxımdan böyük
imkanlara malik olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir