Azərbaycan BMT-də ən böyük dəstək qrupunu yaradıb - Zuyev
Bizi izləyin

Nida Xəbər

Azərbaycan BMT-də ən böyük dəstək qrupunu yaradıb - Zuyev

Azərbaycan siyasi diskusiyaları davam etdirir, BMT-də onlar ən böyük dəstək qrupunu yaradıblar.

Publika.az xəbər verir ki, bunu BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

“Bu gün bütün dünyada geososiyasi dəyişiklər baş verir ki, bu da bizim üzərimizə ciddi öhdəliklər qoyur. Şəxsən mən hesab edirəm ki, biz elə bir yol kəsişməsindəyik ki, bizə çoxtərəfli mexanizmlər lazımdır. Bu, sülh çağırışları üçün vacibdir. Geosiyasi dəyişiklər sülhdən daha çox çaxnaşmalara yol açan prosesdir. Biz ictimai etimadı çoxtərəflilik naminə artırmağa çalışırıq. Söhbət təkcə BMT-dən getmir. Bütün təşkilatlar bu istiqamətdə fəaliyyətini davam etdirir”, - deyə bildirib.

O qeyd edib ki, bu kimi forumların dini və siyasi rəhbərlərin bir araya toplanması baxımından önəmlidir. “Hazırda masa arxasında 6 Nobel mükafatı laureatı var. Bu özü böyük bir etimad deməkdir. Bu il BMT üçün xüsusi ildir. Biz böyük bir öhdəliyi üzərimizə götürmüşük. Sentyabrda “Gələcəyin sammiti” adlı layihəmiz təqdim ediləcək. Bu 80 illik tariximizdə bir ilk olacaq ki, gələcəkdə gözlənilən təhdid və digər prioritet məsələləri müzakirə edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm