Məqsəd yalnız Azərbaycanı ləkələməkdir - Politoloq
Bizi izləyin

Nida.az

Məqsəd yalnız Azərbaycanı ləkələməkdir - Politoloq

"Avropa Şurası ilk dəfə deyil ki, Azərbaycana qarşı ikili standartlar çərçivəsində qeyri obyektiv, ədalətsiz mövqe nümayiş etdirir. 30 il torpaqlarımızın işğal altında qalmasına göz yumuldu. Ona görə də, AŞPA-da hələ də Qarabağ münaqişəsindən danışılır".

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, AŞPA-nın və digər qurumların işə yaramayan kağız parçaları bizi münaqişəni öz gücümüzlə həll etməyə vadar etdi: "Halbuki münaqişə bitib. İndi hansı münaqişədən danışılır təkrar? Məqsəd yalnız Azərbaycanı ləkələmək, ölkəmizin inkişafını qəbul etməmək, saxta məruzələr qəbul etdirməkdir. Avropa Şurası anti-Azərbaycan qurumdur, azərbaycanafobiya ideologiyasını öz mövqeyinə çevirib. AŞPA-ya həm Ermənitan, həm də Azərbaycan üzv olsa da, öhdəlikləri yerinə yetirən tək tərəf Azərbaycan olub. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri isə bütün qanun pozuntularına daim susub"

Z.Qarayeva vurğulayıb ki, ümumiyyətlə, bu qurum digər təşkilatlarla müqayisədə olduqca nüfuzsuz qurumdur, görünür bu cür ritorika ilə özlərinə reytinq qazanmağa çalışırlar: "Ancaq bunun üçün Avropa dövlətlərinin özlərində polis zorakılığını, nümayişçilərə qarşı tətbiq edilən gücü, nümayişçilərin öldürülməsini qabartmaları daha məqsədəuyğun olar və bir təşkilat kimi hər hansı bir işə yaramış olar".

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm