Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır... - Şərh
Bizi izləyin

Nida.az

Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır... - Şərh

“Qarabağdakı separatçı rejim çox heyif ki, hələ də tərk-silah edilməyib. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməyiblər. Onlar bunu etməyəcəyi təqdirdə Azərbaycan Ordusu terrorçu dəstələri tərk-silah edəcək”.

Bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, əgər onlar tərk-silah edilməsə, bu təxribatlar davam edəcək: “Qarabağa qayıdan insanlarımız təhlükə altında ola bilər. Biz çalışmalıyıq ki, insanlarımız oraya köçməmişdən əvvəl separatçılar tərk-silah edilsin. Gələcəkdə təhlükəsizliyin təmin olunması üçün anti-terror əməliyyatının keçirilməsi labüddür. Sülhməramlıların faktiki sayı 1960 nəfərdir və onlar Qarabağ ərazisinə tam nəzarət edə bilmirlər.

Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır ki, 10 noyabr bəyanatının müddəaları yerinə yetirilsin. Ermənistandan fərqli olaraq Azərbaycan öz üzərinə düşənləri yerinə yetirir. Biz anti-terror əməliyyatı keçirməmişdən əvvəl sülhməramlılara bildirməliyik ki, onlar həmin ərazidən kənarlaşsın və biz terrorçuları zərərsizləşdirə bilək. Rus sülhməramlıların erməni polislə birlikdə maşınlarımızı yoxlaması əlbəttə ki, xoşagəlməz hadisədir və biz etiraz etdikdən sonra bir daha olmayacağını söylədilər. Qarabağda olan separatçıların ömrü 4 ildən artıq olmayacaq. Rusiya sülhməramlıları 10 noyabr razılaşmasına görə, 5 il müddətində Qarabağda qalacaq və müddətlərinin bitməsinə 6 ay qalmış tərəflərdən biri etiraz edərsə, həmin ərazidən çıxmalıdırlar. Yəni, Azərbaycan sülhməramlılara ehtiyac duymadığını rəsmi surətdə bildirməlidir. Ermənilər isə bu cür təxribat törətdikcə bunun acı nəticələrini görəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm