Qarabağın bərpasında Qərb niyə laqeyddir?
Bizi izləyin

Nida.az

Qarabağın bərpasında Qərb niyə laqeyddir?

Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Qarabağın bərpasından danışdı. Dövlət başçısı bildirdi ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq və heç kimdən bir manat dəstək almamışıq: “Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı. Adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdi. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra”.

Politoloq Qabil Hüseynli Publika.az-a bildirib ki, Qərb bu mövzuda da Azərbaycana qarşı ikili standartlarla çıxış edir: “Ərazisində bir dənə də güllə atılmayan Ermənistana 2.6 milyard avro vəsait ayrılır, ancaq viran qoyulan, daşı daş üstündə qoyulmayan, “Qafqazın Xirosiması” adlanan və fəlakətlər yaşadılan, təxminən 250 milyard dollardan çox zərər vurulmuş əraziyə vəsait ayırmaq fikrində olmadıqlarını görürük. Çox az miqdarda vəsait ayrılıb, o heç bizə lazım da deyil. Üstəlik, İkinci Dünya Müharibəsindən sonra ən ağır illərini yaşamış Avropaya ABŞ-ın ayırdığı Marşalplanı əsasında iqtisadiyyatlarını bərpa edən Almaniya, Fransa və digər Avropa ölkələri bu gün Azərbaycanın darmadağın edilmiş ərzilərinə bərpa üçün vəsait ayırmaq istəmirlər. Qərb dəfələrlə bəyan edib ki, “siz barışın, ortaq məxrəcə gəlin və sizin üçün çox gözəl iqtisadi proqramlar və maliyyə layihələri hazırlayacağıq, dəstək göstərəcəyik”. Bu əraziləri tarimar edən ermənilərdir, onlar ilk olaraq dağıtdıqlarının, yağmaladıqlarının təzminatını ödəməlidirlər. Necə ki, Almaniya 1990-cı ilə qədər SSRİ-ə böyük məbləğdə təzminat ödədi. Buna görə də biz ya Ermənistandan təzminat tələb etməliyik, ya da Avropa bu bölgənin çiçəklənməsi məsələsində ayrı-seçkiliyə yol verməməlidir. Qərb Ermənistana ödədiyi qədər bizə də maliyyə yardımı ayırmalıdır”.src="/storage/files/upload/42dc3117a9fba4c19ea4091ea036b86b8bcd407e.jpg" style="width: 770px; height: 462px;" class="fr-fic fr-dib fr-fil">Qabil Hüseynli qeyd edib ki, keçirilən müşavirədə nikbin ovqat var idi və Azərbaycan Prezidenti vəziyyəti çox aydın şəkildə şərh etdi: “Dövlət başçısı bildirdi ki, bizim bu torpaqları bərpa etmək üçün dəqiq planımız və hesablanmış maliyyə vəsaitimiz var. Tezliklə Qarabağın enerji və digər infrastruktur layihələri tikilib başa çatdırılacaq. Ardınca isə bölgənin məskunlaşdırılması, yaşıllaşdırılması, müxtəlif ağacların və bitki növlərinin əkilməsi prosesi başa çatdırılacaq. Hazırda da bu proses başlayıb. Əgər ötən il Ağdamda kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün nəzərdə tutulan ərazi 500 hektar idisə, bu gün bu rəqəm 3 500 hektardan çoxdur. Təkcə Ağdam rayonun ərazisi deyil, Füzuli, Zəngilan, Cəbrayıl və digər rayonlarımızda da əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Bu prosesdən sonra isə Böyük Qayıdışın həyata keçirilməsinə başlanılacaq. Azərbaycan nikbindir və öz ehtiyatlarına söykənərək dağıdılan ərazisini ayağa qaldırmaq, dirçəltmək istəyir. Biz Ermənistana qarşı təzminat iddiasından əl çəkməməliyik. Çünki bütün bu dağıntıları törədən ermənilərdir və onlar taladıqlarının, yağmaladıqlarının hamısını geri qaytarmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm