Nida.az
“Minsk qrupunun fəaliyyətinə heç bir zərurət, tələb mövcud deyil” - Deputat
“Minsk qrupunun iflasa uğramasının ardınca son vaxtlara qədər bu qurmdan dəstək alacağını düşünən Ermənistanın bu yaxınlarda daha bir yalanı üzə çıxdı. Məlum oldu ki, İrəvana səfər etmiş ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl əslində regiona tamam başqa statusla gəlib. Fakt budur ki, Ermənistan rəsmiləri və KİV-i fransalı diplomatı “MQ həmsədri” kimi təqdim etsələr də, məlum oldu ki, Rokfeyl İrəvana heç də “MQ həmsədri”statusunda deyil, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi qismində səfər edib. Nəticədə, erməni siyasi-ictimai rəyinin olmayanı olan kimi təqdim etmək cəhdi baş tutmamış qalıb”.
Bunu Publika.az-a açıqlamasında deputat Aydın Hüseynov aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirəsində ATƏT-in Minsk qrupunun de-yure səhnədə qalmasına baxmayaraq, de-fakto iflasa uğraması barədə fikirlərini şərh edərkən deyib.
Deputatın sözlərinə görə, erməni tərəfini Minsk qrupunun sıradan çıxması, yaxud faktiki olaraq lazımsız bir quruma çevrilməsi ilə bağlı pəjmürdə edən daha bir reallıq onların müttəfiqləri - Rusiyanın qrupdakı həmsədrinin vəzifəsinin dəyişdirilməsi olub: “Belə ki, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi sözügedən məsələnin hansı yerdə olduğunu bütün çılpaqlığı ilə əks etdirməkdədir”.
Aydın Hüseynov daha bir maraqlı məqamı xatırladaraq deyib ki, bir neçə gün əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov da Minsk qrupunun fəaliyyətinə son qoyulduğunu açıq tərzdə bəyan edib və onun sözlərini XİN-nin mətbuat katibi Mariya Zaxarova da təsdiqləyib: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri zamanı onun rusiyalı həmkarı Sergey Lavrov əslində sərt şəkildə üçlük formatın iflasa uğramasına eyham vurdu. Ukrayna böhranı səbəbindən formatın digər həmsədrləri - ABŞ və Fransa rəsmi olaraq Rusiya ilə münasibətlərini kəsiblər və belə bir situasiyanın qısa zamanda həll olunacağını düşünnmək sadəlöhvlük olardı. Bu baxımdan, düşünürəm ki, bəhs etdiyimiz bu faktın özü də Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə artıq bəlli olduğu kimi, sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə vasitəçilik etmək niyyətindədir və ondan da o tərəfə keçmir”.
“Söz yox ki, mövcud reallıqların belə bir tərzdə dəyişməsi son vaxtlara qədərki danışıqlar prosesində Minsk qrupunun mütləq iştirakı ətrafında səs-küy qaldıran Ermənistanın hakimiyyət isteblişmentini tamamilə susdurdu”, deyə qeyd edən Aydın Hüseynova görə, artıq baş verənlər İrəvanın qarşısında bir tələbi qabardır – qısa vaxtda, sürətlə Qarabağ məsələsinə son qoymaq və sərhədləri delimitasiya etməklə qarşı tərəfin, yəni Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımaq, eləcə də üçtərəfli bəyanatdakı bütün bəndlərin realizəsində aktiv iştirak etmək: “Çünki indi Minsk qrupu cənab İlham Əliyevin də vurğuladığı kimi yox səviyyəsindədir, sıfır həddinin altındadır və belə olan halda sözügedən formatın sonrakı fəaliyyətinə də heç bir zərurət, tələb mövcud deyil və ən əsası - Azərbaycanın Prezidenti İlham Əliyevin Minsk qrupuna verilmiş mandatın de-fakto etibarsız olduğu barədə verdiyi bəyanatı İrəvan siyasilərini dərindən düşünmələrinə rəvac verməlidir”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO