Nida.az
Sərdar Cəlaloğlu: “Müsavatın qurultayı baş tutmayacaq”
“Müsavatın sentyabrın 27-nə təyin olunan qurultayı baş
tutmayacaq”.
Publika.az-a açıqlamasında bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri qurultayın baş tutacağına inanmır: “Hesab edirəm
ki, İsa Qəmbərin getməsinin qarşısı alınacaq. Çünki bu Müsavat üçün
böyük itki olardı, xüsusilə də seçki öncəsi. Düzdür, hazırda seçki
kampaniyası və namizəd qeydiyyatına start verilib. Lakin yenə də
inanmıram ki, qurultay baş tutacaq. Ola bilsin ki, qurultayın vaxtı
yenə ertələnsin, seçkidən sonraya saxlanılsın”.
ADP sədri əlavə edib ki, İ.Qəmbərin yerinə alternativ olaraq Arif Hacılını görür.
“Digər namizədlər də kifayət qədər təcrübəlidir. Lakin Müsavatı saxlaya biləcək şəxs İsa Qəmbərdən sonra Arif Hacılıdır. Əgər qurultay həqiqətən də keçirilsə, o zaman Arif Hacılının başqan ola bilmək şanslarını yüksək qiymətləndirirəm. Amma yenə deyirəm ki, qurultayın həqiqətən də keçiriləcəyinə inanmıram”, - deyə o, bildirib.
Asif
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO