Diaspor fəaliyyətində sistemli yanaşma var - Deputat
Bizi izləyin

Nida.az

Diaspor fəaliyyətində sistemli yanaşma var - Deputat

“Diaspor fəaliyyəti hər bir ölkənin inkişafı baxımından çox vacibdir. Bu, yalnız həqiqətlərin təqdim olunması baxımından deyil, eyni zamanda iqtisadi baxımdan da önəmlidir. Ölkəyə sərmayələrin cəlb edilməsi, dövlətimizin tanıdılması, ölkənin potensialının qeyd edilməsi aspekti baxımından da çox vacib məqamdır. O baxımdan da etiraf etmək lazımdır ki, son illərdə diaspor fəaliyyətində daha sistemli yanaşma var”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, xaricdə yaşayan azərbaycanlıların böyük əksəriyyətinin diaspor fəaliyyəti istiqamətində birləşməsi alqışlanandır:

“Eyni zamanda çox vacib nüansdır. Təbii ki, budəfəki qurultay fərqli qurultaydır. Çünki Şuşa şəhərində keçirilir. Şuşa Azərbaycanın qürur mənbəyidir və mədəniyyət paytaxtımızdır. O baxımdan Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir. Budəfəki qurultay eyni zamanda Zəfər qurultayıdır. 44 günlük müharibədəki qələbədən sonra Azərbaycan diasporu Şuşada – işğaldan azad olunan mədəniyyət paytaxtımızda özünün Zəfər qurultayını keçirir. O baxımdan V qurultay və bu tədbirdə qəbul ediləcək məsələlər önəmli olacaq. Xüsusən də bu qurultay xaricdə yaşayan azərbaycanlıların bir-birini daha yaxından tanıması, daha yaxından əməkdaşlığı aspektindən də vacibdir. Xaricdəki diaspor qurumlarımız, eləcə də onların üzvləri arasında münasibətlərin daha da gücləndirilməsi vacibdir. Reallıq ondan ibarətdir ki, bu istiqamətdə artıq yeni addımlar atılır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm