Nida.az
Dərbənd üzərindən Azərbaycana təhlükəli ssenari - Şok Detallar
Dərbənd rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı
aparılan kampaniyanın pərdəarxasının şok detalları məlum
olub.
Publika.az-a özəl mənbələrdən daxil olan məlumata görə, hər şey gələn Dərbənd şəhərinin gələn il keçiriləcək 2 min illik yubileyi ilə bağlıdır.
Məqsəd həmin vaxta qədər şəhərin Azərbaycana bağlılığını qopartmaqdır. “Qurbanovun istefası tələbi də buradan qanaqlanır. Qarşıya belə bir məqsəd qoyulub ki, iki min illik yubiley tədbirində şəhərin tarixi Azərbaycan torpağı olması haqqında bir cümlə belə işlədilməsin. Qurbanov o vaxta qədər vəzifədə qalsa, rayon icra hakimiyyəti kimi həmin yubileydə iştirak edəcək və Dərbəndin tarixi Azərbaycan torpağı olduğunu mütləq dilə gətirəcək. Moskvanın bu istəyindən Dərbəndəki avar və ləzgi klanları öz məqsədləri üçün istifadə edir. Bu klanlar əvvəldən Qurbanovlara qarşı mövqedə dayanıblar. Bu indi onlar üçün əla fürsətdir”, - deyə Dağıstandakı mənbə bildirib.
Mənbə əlavə edir ki, rayon icra hakimiyyətinə başçı seçki yolu ilə seçildiyi üçün Qurbanov 2015-ci il seçkilərinə qədər bu vəzifədə olmalıdır: “Lakin iki min illik yubiley seçkidən əvvəl baş tutacaq. Ona görə də Qurbanovun qarşısına tələb qoyulub ki, keçmiş ədliyyə naziri əslən tabarasanlı olan Azadi Rəhimovu özünə müavin gətirsin, ardınca da “səhhətindəki problemlərə görə” vaxtından əvvəl istefa verərək yerini ona təhvil versin. Lakin o, buna razılaşmadı və alternativ yollara keçdilər. Baş prokurorluq yanında İqtisadi Cinayətkarlığa qarşı mübarizə idarəsi rayon icra hakimiyyətinin binasına basqın edərək bütün arxiv sənədlərini götürdü. Bundan sonra yerli əhalinin iştirakı ilə istefa aksiyaları keçirildi. Hazırda rayon icra hakimiyyətinin fəaliyəti sıfır səviyyəsindədir. Qurbanov istefa verənə qədər də bu davam edəcək. Bütün işləri Dərbənd şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev yerinə yetirir. Burada da onun ortağı aparat rəhbəri erməni əsili Arsendir. Onun da azərbaycanlının başçı olmamasında maraqları var”.
Qurbanovlara qarşı kampaniyada kimlər yer
alır?
Avanesov Aleksandr Ambarçumoviç: Ermənidir,
Dərbənd şəhər icra hakimiyyəti başçısı aparatının rəhbəri
vəzifəsini daşıyır.
Şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev bütün işləri
onunla razılaşdırılmış şəkildə həyata keçirdir. Kremldə dayaqlara
malikdir. İrəvanla sıx təmaslarda olur.
İmam Yarəliyev: Dərbənd şəhər icra hakimiyyətinin
başçısıdır. Vaxtilə Dağıstanın baş prokuroru olub. Fəaliyyəti
dövründə Azərbaycana qarşı açıq çıxışları ilə seçilib. Qurbanovları
heç vaxt qəbul edə bilməyib. Onun məqsədi Qurban Qurbanovun yerinə
keçməkdir.
Mübariz Mursalov: Miliyyətcə ləzgidir, Dərbənd
şəhərində yaşayır. Məlumatlara görə, vaxtilə əks-kəşfiyyatçı kimi
də fəaliyyət göstərib. Sovetlərin dövründə hərbi jurnalist kimi
işləyən Mursalov ittifaq dağılandan sonra Moskvada “Lezginskiy
vesti” qəzetini buraxaraq Azərbaycana qarşı ərazi iddiaları ilə
çıxış edib.
Sergey Melikov: Rusiya prezidentinin Şimali Qafqaz
üzrə xüsusi nümayəndəsidir. O, da milliyətcə ləzgidir. Rütbəsi
general-polkovnikdir.
Adları bəlli olan bu şəxslərdən başqa bir sıra digər şəxslər də bu kampaniyada yer alır.
Klanlararası “müharibə”
Hazırda Qurbanovlara qarşı aparılan kampaniya Dağıstanda avar və
ləzgi klanlarının hakim mövqeyə sahiblənməsidir. Düzdür, faktiki
olaraq bu klanlar hakimiyyətdədir. Lakin Dərbənd kimi strateji
rayona azərbaycanlının rəhbər olması həzm edilmir. Qurban Qurbanova
qarşı atılan addımlarla onun qardaşı Maqomed Qurbanovun işdən
çıxarılmasında paralellik var. Bunu Q.Qurbanovun özü də
açıqlayıb.
Qeyd edək ki, M.Qurbanov Dağıstanın Azərbaycandakı nümayəndəliyinin
rəhbəri vəzifəsində çalışıb. Ötən ilin mart ayında vəzifədən
çıxarılıb. Bir il müddətinə boş qalan bu postda bu il Dağıstan
prezidenti Ramazan Abdulatipovun sərəncamı ilə Marat İsgəndərov
təyin olunub. Yeni rəhbər kumık əsillidir.
Qurbanovların sıxışdırılmasında onların Bakı ilə isti münasibətlərə
malik olması da xüsusi amildir. Nəticə etibarilə, bu gün Dağıstanda
avar və ləzgi klanları öz qüdrətlərini artıraraq hakim mövqeyə
sahibləniblər.
Qurbanovların təmizlənməsi ilə proses başa çatacaq
Bu proseslərin fonunda Dərbənd şəhərinin iki min illik yubileyi
ilə bağlı məlumat diqqət çəkəndir. Burada ümumi mənzərə Dərbəndin
tarixi Azərbaycan şəhəri olması faktını itirməkdən gedir. Hansı ki,
son bir neçə yüz il ərində bu siyasət demoqrafik vəziyyətin
dəyişdirilməsi ilə davamlı olaraq aparılıb. Bunun üçün son 300 ildə
Dərbəndin dəyişən etno mənzərəsinə nəzərə salmaq vacibdir.
Sankt-Peterburq İmperator Akademiyasının akademiki S.Q.Qmelin
1770-ci ildə Dərbənddə etnoqrafiyası ilə bağlı hazırladığı
hesabatda deyilir ki, Dərbənd şəhərində 11 min 600 nəfər əhali
yaşayır. Onlardan 10 min 777 min nəfər türk-azərbaycanlı, 444 nəfər
yəhudi, 239 nəfər isə ticarət məqsədilə buraya müvəqqəti olaraq
yaşamaq üçün gələnlərdir.
100 il sonra - 1873-cü ildə Çar Rusiyasının qərarı ilə ölkədə bütün
regionlar üzrə əhalinin siyahıya alınması zamanı V.Sabrovun
rəhbərliyi ilə aparılan araşdırmalar zamanı Dərbənd əhalisi 11 min
278 nəfər olub. Onlardan 9 min 572 nəfər türk idi.
Üstündən daha 100 il ötür. 1989-cu ildə Dərbəndin 100 min nəfər
şəhər əhalisinin 21 min 600 nəfəri azərbaycanlı olaraq sənədlərə
keçib.
Bu günün rəsmi statistikasına görə, şəhərin 101 min əhalisinin (47 kəndin əhalisini buraya daxil etmirik) 32 min 064 nəfəri azərbaycanlı, 32 min 955 nəfər isə ləzgilərdir.
Bu demoqrafik dəyişkənliyin fonunda son 300 ilə yaxın tarixdə Dərbənd əhalisinin çoxluğunu təşkil edən azərbaycanlıların mərhələ-mərhələ öz yerini digər xalqlara verdiyini görmək mümkündür. Qurbanovların Dərbənd mənzərəsindən silinməsi ilə bu proses müəyyən mənada tamamlanmış olacaq.
Asif Nərimanlı
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı