Nida.az
Elçin Mirzəbəyli: “Kim səhv edəcəksə, hüququn dili işə düşməlidir”
“Milli və dövlətçilik maraqlarının mətbuatda qorunması, informasiya təhlükəsizliyinə xüsusi diqqətin yetirilməsi baxımından, cənab Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən görüş çox əhəmiyyətli idi”.
Publika.az-a açıqlamasında bu sözləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin avqustun 29-da keçirilən müşavirəsi haqqında danışarkən deyib.
Baş redaktor son cəbhə hadisələrində Azərbaycan mətbuatının böyük
qisminin bir sıra informasiyaların verilməsində səhvə yol verdiyini
qeyd edib. O, böyük iddiası olan bəzi mediaların yanlışlığa yol
verməsindən təəssüfünü dilə gətirib.
Müşavirənin əhəmiyyətli olduğunu deyən E.Mirzəbəyli bildirib ki, müşavirədə media üçün milli və dövlət maraqları istiqamətlərində konkret məqamlar səsləndirildi: “Görüşdə təkcə təhlükəsizlik məsələsi və Müdafiə Nazirliyi haqqında deyil, digər mühüm məsələlərlə bağlı fikirlər səsləndirildi. Özümün rəhbərlik etdiyim media bu məsələlərdə qüsurlara yol verməsə də, əlavə nəticələr çıxardıq. Hesab edirik ki, gələcək fəaliyyətimizi cənab Ramiz Mehdiyevin səsləndirdiyi tövsiyələr istiqamətində davam etdirəcəyik. Hər zaman olduğu kimi milli və dövlət maraqlarımıza xidmət edəcəyik”.
E.Mirzəbəyli əlavə edib ki, bu görüşdən sonra eyni səhvlərə yol
verənlər barədə hüququn dilində danışmaq lazımdır: “Müşavirədən hər
kəs özü üçün nəticə çıxardı. Əgər kimsə nəticə çıxarmayacaqsa, o
zaman qanunvericilik işə düşməlidir. Müşavirədə də vurğulandı ki,
Azərbaycan dövləti milli və dövlət maraqlarında bundan sonra
humanistlik etməyəcək. Hesab edirəm ki, bu doğru yanaşmadır. Kim
səhv edəcəksə, hüququn dili işə düşməlidir”.
Asif
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO