Gürcüstanın din xadimləri Azərbaycanda
Bizi izləyin

Nida.az

Gürcüstanın din xadimləri Azərbaycanda

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Bu barədə Publika.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər səfirliyin təşkilatçılığı və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Bildirilib ki, nümayəndə heyətinin səfəri may ayının 23-dək davam edəcək.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər.

Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Şuşa şəhərlərinə səfər edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm